logo

OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb

Views: 106

OPEC+ nazirləri qlobal iqtisadiyyatın və neft bazarının perspektivləri ilə bağlı qeyri-müəyyənlik fonunda bir sıra qərarlar qəbul ediblər. Bu barədə qurumun katibliyi məlumat yayıb.

İlk növbədə, müqavilənin müddəti 2023-cü il dekabrın 31-dək uzadılıb.

Noyabr ayından neft hasilatı kvotası avqust ayı səviyyəsi ilə müqayisədə sutkada 2 milyon barel azaldılıb (oktyabr kvotaları ilə üst-üstə düşür).

Nazirlər həmçinin OPEC+ Nazirlərin Monitorinq Komitəsinin (JMMC) iclaslarının tezliyini bir aydan iki aya qədər uzatmaq qərarına gəliblər. Artıq OPEC+ ölkələrinin konfransları ilə yanaşı, hər altı aydan bir nazirlərin tammiqyaslı iclasları keçiriləcək.

JMMC bazardakı vəziyyətlərdən asılı olaraq, lazım gələrsə, istənilən vaxt OPEC+ nazirlərinin görüşünü tələb edə bilər.

OPEC+ nazirlərinin növbəti görüşü dekabrın 4-nə planlaşdırılıb.

OPEC+ çərçivəsində qlobal bazarlarda qiymətlərin tənzimlənməsi ilə bağlı 2016-cı ilin dekabrda əldə edilən razılaşmanın müddəti 31 dekabr 2023-cü ilə qədər uzadılıb.

0

Your Cart