logo

OPEC: Dünya neft bazarında qıtlıq müşahidə olunmur

Views: 363

Dünya neft bazarında hazırda neftin tədarükündə çatışmazlıq müşahidə olunmur.

Trend-in məlumatına görə, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo “Bloomberg” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, neft qiymətlərindəki hazırkı dalğalanma Rusiyanın neft ixracına tətbiq oluna biləcək mümkün sanksiyalarla bağlı investorların narahatlığı ilə əlaqəlidir.

“Sizi əmin edə bilərəm ki, hazırda neft çatışmazlığı yoxdur. Amma neft bazarında dünyanın ikinci ən böyük karbohidrogen ixracatçısı olan Rusiyanın təmin etdiyi 7 milyon barel/sutka neftin əvəz olunması ilə bağlı narahatlıq var. Bununla belə, hazırda dünya bazarında təklif kifayət səviyyədədir”, – deyə o bildirib.

M.Barkindo əlavə edib ki, Rusiyanın baş nazir müavini Aleksandr Novakla daimi təmasdadır. Onun sözlərinə görə, Rusiya rəsmisi ölkənin OPEC+ sazişi öhdəliklərinə sadiq qaldığını bildirib.

0

Your Cart