logo

Avropada qaz qiymətləri 900 dollara qədər ucuzlaşır

Views: 271

Avropada qaz fyuçerslərinin qiyməti ticarət zamanı min kubmetr üçün 911,5 dollara qədər ucuzlaşıb.

Avropada qaz fyuçerslərinin qiymətləri korreksiyaedici enişini davam etdirir. Londonun ICE birjasında çərşənbə axşamı ticarətin əvvəlində min kubmetr üçün təxminən 900 dollara enib.

Avropanın ən likvid qaz mərkəzi olan TTF indeksi üzrə fevral ayı qaz fyuçerslərinin dəyəri ticarətin ilk iki saatında bazar ertəsinin qiymətinə (988,6 dollar) nisbətən 7,8% azalıb. 
Bu gün hərraclarda açılış qiyməti təxminən 970 dollar idi, sonra kotirovkalar yerli maksimum 980,3 dollara çatdı, bundan sonra azalaraq minimuma – 911,5 dollara düşdü.
Qaz qiymətlərinin azalmasını Avropada qış havalarının hazırda mülayim keçməsi ilə izah edirlər.

Caspian Barrel

0

Your Cart