logo

Avqustda Azərbaycanda neft hasilatı kəskin azalıb

Views: 177

Avqustda ölkədə gündəlik neft hasilatı 9,9 min barel azalıb, amma əvəzində kondensat hasilatı 4,5 min barel artıb.

2021-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı 596,1 min barel (iyulda 606 min barel) təşkil edib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

“2021-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib”, – deyə məlumatda bildirilir.

“OPEC plus” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

2021-ci ilin avqust ayı üçün Azərbaycanın gündəlik neft hasilatı üzrə kvota 627 min barel olub. Beləliklə, Azərbaycan avqust ayında “OPEC plus” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 104,9% yerinə yetirib.

“OPEC plus” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

Azərbaycanda gündəlik neft və kondensat hasilatı (min barellə):

Caspian Barrel

0

Your Cart