logo

“Azəriqaz” yanında İctimai Şura bölgələrdə qaz təchizatını monitorinq edir

Views: 67

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın sədri Xəyal Bəşirovun rəhbərliyi ilə Şura üzvləri Xaçmaz Regional qaz istismarı İdarəsinin (RQİİ) fəaliyyəti ilə tanış olmaq, bölgədə qaz təchizatındakı mövcud vəziyyətin araşdırılması və ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı regiona səfər edib.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, səfər çərçivəsində Şura üzvləri və Xaçmaz RQİİ-nin kollektivi Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.

Daha sonra Şura üzvlərinin İdarənin inzibati binasında əhalinin qaz təchizatı ilə bağlı məsələlərin müzakirəsinə dair iclası keçirilib. İclasda regional idarənin xidmət sahəsinə aid olan Quba, Qusar, Siyəzən, Xaçmaz, Xızı və Şabran xidmət sahələrinin rəhbər şəxsləri də iştirak ediblər. Mövcud problemlər dinlənilib, məhkəməyə edilən müraciətlər ətrafında geniş müzakirələr aparılıb. Qarşılıqlı fikir mübadiləsi və təkliflərə açıq olduqlarını bildirən Xaçmaz RQİİ-nin rəisi Hüseyn Şirinov İctimai Şura ilə fəal əməkdaşlıq edəcəklərini, qaldırılacaq məsələlərə operativ reaksiya göstəriləcəyini bildirib. İclasın sonunda qərara alınıb ki, bundan sonra da İctimai Şura ilə Xaçmaz RQİİ-nin koordinasiyalı fəaliyyəti davam etdiriləcək.

0

Your Cart