logo

Güclü külək qaz təsərrüfatına ziyan vurub

Views: 69

Güclü külək qaz təsərrüfatına təsirsiz ötüşməyib

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Bakı şəhərində bir neçə fərdi qaz xətlərinin zədələnməsi və iri diametrli küçə xətlərinin deformasiyaya uğraması ilə nəticələnən qəzalar baş verib.

Sabunçu rayonu Bakıxanov qəsəbəsində ağacın qaz xəttinin üzərində aşması nəticəsində 3 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Qəzaların aradan qaldırılması üçün Təmir-Tikinti İdarəmizin əməkdaşları işə cəlb olunub.

Eləcə də Ağdaş rayonunda küləyin təsirindən qırılan ağac qaz xəttinin üzərinə aşıb və iki ədəd sayğac zədələnib.

Balakən rayonunun Qullar kəndində isə elektrik dirəyi aşaraq qaz sayğacını zədələyib.

0

Your Cart