logo

Səudiyyə maydan OPEC+ çərçivəsində neft hasilatını artıracaqmı?

Views: 68

Səudiyyə Ərəbistanı OPEC+ sazişi çərçivəsində may və iyun ayları üçün neft hasilatının uzadılmasına dəstək verməyə hazırdır.

Bu barədə “Reuters” agentliyi karteldəki öz mənbələrinə istinadən xəbər yayıb.

Səudiyyə Ərəbistanı tələb gözləntiləri fonunda OPEC + çərçivəsində neft hasilatı üzrə məhdudiyyətlərin may və iyun ayları üçün də tətbiqini dəsləyir və fevral ayından könüllü olaraq öz hasilatının əlavə həcmlərdə azaldılması səylərini daha iki ay uzatmağa hazırdır.

“Səudiyyə Ərəbistanı bazarda kifayət qədər hiss ediləcək tələbat müşahidə etmirlər və qiymətlərin düşməsinin qarşısını almaq üçün hasilatın limitlənməsində maraqlıdırlar”, – deyə mənbə agentliyə bildirib.

Bildirilir ki, dünya bazarlarında hələlik stabilllik müşahidə edilmir: neft qiymətləri gah aşağı düşür, gah da artım nümayiş etdirir. İnvestorlar Süveyş kanalındakı vəziyyəti qiymətləndirir, həmçinin aprelin əvvəlində baş tutacaq OPEC+ razılaşması ilə bağlı xəbərləri gözləyirlər.

OPEC + çərçivəsində nazirlərin Monitorinq Komitəsinin (JMMC) növbəti iclası martın 31-də keçiriləcək, bütün OPEC + alyansının iclası isə 1 aprel 2021-ci il tarixinə təyin olunub.

Caspian Barrel

0

Your Cart