logo

Qlobal təbii qaz tələbi artmağa başlayıb

Views: 151

Rusiya Baş nazirinin müavini Aleksandr Novak, qlobal təbii qaz bazarlarının toparlandığını bildirərək, “Bəzi bölgələrdə qaz qiymətləri rekord səviyyələrə qalxıb. İl sonunda Türkiyə daxil bəzi bölgələrdəki təbii qaz tələbi əhəmiyyətli nisbətdə artıb” deyib

Aleksandr Novak

Marja xəbər verir ki, Novak, verdiyi müsahibəsində, yeni növ koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar olaraq qlobal təbii qaz tələbinin 2020-də 3% azaldığını söyləyib.

Təbii qaz bazarlarının il sonuna doğru isə toparlandığını qeyd edən Novak, “Qlobal bazarlar az qala tamamilə toparlanıb. Bəzi bölgələrdə, xüsusilə də Asiya-Sakit Okean bölgəsində qaz qiymətləri rekord səviyyələrə yüksəlib. Avropada da qiymətlər min kub metr üçün 220 dollara qədər yüksəlib. İl sonunda Türkiyə daxil bəzi bölgələrdəki təbii qaz tələbi də əhəmiyyətli nisbətdə artıb”,- deyib.

Rusiyanın boru xəttlərilə təbii qaz ixracı səlahiyyətinə malik tək şirkəti olan “Qazprom”un təbii qaz ixrac gəliri 2020-nin yanvar -oktyabr dövründə 2019-un eyni dövrü ilə müqayisədə 44,4% azalaraq 19 milyard dollara geriləmişdi.

marja

0

Your Cart