logo

ARDNF-nin yanvar-noyabr aylarında AÇG-dən gəlirləri 26% artıb

Views: 315

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $5 mlrd. 780 mln. gəlir əldə edib.

2017-ci iin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $5 mlrd. 780 mln. gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-noyabr aylarında ARDNF “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $4 mlrd. 577 mln. gəlir əldə edib. Beləliklə, hesabat dövründə fonda analoji daxilolmaların həcmi 26,3% artıb.

“Ümumilikdə 2001-ci ildən 2017-ci il dekabrın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $127 mlrd. 889 mln. məbləğində vəsait daxil olub”, – deyə məlumatda bildirilir.

2016-cı ildə ARDNF “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $5,1 mlrd. gəlir əldə edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb

İnterfax.az

 

Comments: 0

0

Your Cart