Dövlət başçısının saytında dərc olunan sənədə əsasən, Fondun 2021-ci il büdcəsinin gəlirləri 8 milyard 1 milyon 169,1 min manat (2020-ci illə müqayisədə artım 2,1%), xərcləri – 12 milyard 249 milyon 435,5 min manat məbləğində proqnozlaşdırılır (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 1,5%).
Beləliklə, ARDNF-nin büdcəsinin kəsiri 4 milyard 248 milyon 266,4 min manat səviyyəsində proqnozlaşdırılır.
ARDNF-in 2021-ci il büdcəsində neftin bir barelinin orta qiyməti $40-dan hesablanıb.
Gələn il üçün Azərbaycanın mənfəət nefti və qazının satışından ARDNF-nin gəlirləri 6 milyard 439 milyon 325,7 min manat və ya ondun bütün gəlirlərinin 80,5%-ni təşkil edəcək.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar 776 milyon 50 min manat, Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir – 759 milyon 717,1 min manat həcmiondə proqnozlaşdırılır.
Bundan başqa, tranzit gəlirlər 21,93 milyon manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri – 4 milyon 146,3 manat həcmində proqnozlaşdırılır.
Fondun xərcləri strukturunda Azərbaycan dövlət büdcəsinə transfertlər 12,2 milyard manat və ya 99,6% təşkil edəcək. Bundan əlavə, Fondun idarə edilməsi ilə əlaqədar xərclər 28 milyon 901,9 min manat, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi – 20milyon 533,6 min manat təşkil edəcək.
Fondun 2020-ci il üçün gəlirləri 7 milyard 832 milyon 893,4 min manat, xərcləri – 12 milyard 439 milyon 910,3 min manat səviyyəsində təsdiq edilib. Beləliklə, ARDNF-in büdcə kəsiri 4 milyard 607 milyon 16,9 min manat məbləğində proqnozlaşdırılır.
1999-cu ilin dekabr ayında yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.