Kaşağan yatağının operatoru NCOC şirkəti $700 milyon cərimə edilib. Bu barədə parlamentin iclasında Qazaxıstanın neft və qaz naziri Uzakbay Karabalin bildirib.
Deputatların sualına cavab verən Karabalin bildirib ki,”Ətraf Mühitin Mühafizəsi Nazirliyi onlara qarşı iddia irəli sürüb və məhkəməyə şirkətə $700 milyon cərimə qoyulması üçün müraciət edib. Hazırda bu müzakirə edilir.Şirkətin podratçıları bu məbləğə qarşı çıxırlar və onu həddindən artıq çox hesab edirlər”.
2013-cü ilin sentyabrında neft və qazın kompleks emalı zavodu Bolaşakda hidrogen-sulfidin sızıntısı aşkarlanmışdı. Qəza nəticəsində qalıq qaz yandırılmaq üçün Kaşağanın dəniz və quru obyektlərindəki məşələ yönəldilmişdi. Bu fakt üzrə departament NCOC və “Agip KCO” şirkətlərində planlaşdırılmayan yoxlama aparmışdı. Yoxlama tədbirlərinin nəticələri barədə akt görə 2.795.149 m3 normativdən artıq turşulu qaz yandırılıb.