SOCAR-ın Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi dənizdə neft və qaz məliyyatlarının həyata keçirilməsində xüsusi əhəmiyyətə malik müəssisələrdəndir.Sualtı boru kəmərlərinin çəkilişində, platformaların və digər iri obyektlərin quraşdırılmasında fəal iştirak edən İdarə öz fəaliyyətində beynəlxalq sistemlərin tətbiqinə böyük önəm verir.
Bu günlərdə Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsində ABŞ-ın “American Bureau of Shipping” Klassifikasiya Cəmiyyəti tərəfindən aparılmış auditin nəticəsi olaraq, İdarə sualtı təftiş işlərinin yerinə yetirilməsi üçün Cəmiyyətin “Xidmət Təminatçısı” kateqoriyalı tanınma sertifikatına layiq görülmüşdür. Sertifikatın alınması nəticəsində Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi “American Bureau of Shipping” klasında olan bütün üzmə vasitələrini (gəmilər, yarımdalma üzən qazma qurğuları və s.) “quru” doka qaldırılmadan sualtı video çəkiliş aparılmaqla suda tədqiq etmək hüququ qazanmışdır.
İdarə artıq bu sertifikat çərçivəsində “American Bureau of Shipping” klasında olan gəmilərin sualtı tədqiq olunması işlərinə başlamışdır.