Abu-Dabidə sahə konfransında iştriak edən OPEK nümayəndələri kartelin strategiyasını müdafiə edərək,gələn il neft qiymətlərinin bərpasını proqnozlaşdırıblar.
Reytinq agentliyində hesab edirlər ki, bazarda 2015-ci ilin ikinci rübündə yaranmış neft təklifinin pik həddi səviyyəsi keçilib, ancaq çətin ki, 2016-cı ilin ikinci yarısından (ən yaxşı halda) bərpası mümkün olsun.
“Ona görə də biz indi bir il əvvəlki proqnozdan fərqli olaraq qiymətlərin bir il gec bərpa olacağını gözləyirik”,- deyə agentliyin analitiki bildirib.
Fitch agentliyində hesab edirlər ki, Brent markalı neftin qiyməti gələn il bir barel üçün 55 dollar, 2017-ci ildə isə bir barel üçün 60 dollar olacaq.