Dünya Bankı əmtəə bazarları üzrə uzunmüddətli Market Outlook hesabatını açıqlayıb. Hesabata görə, neftin qiyməti yaxın 10 ildə stabil olaraq artıma doğru irəliləməlidir.
Ancaq Dünya Bankı ekspertlərinin proqnozlarına görə, 10 il sonra “qara qızılın” bir barelinin dəyəri inflyasiya faktoru nəzərə alındığı zaman 2010-cu il qiymətləri ilə müqayisədə $70,8 təşkil edəcək.
Beləliklə, Dünya Bankının hesabatına görə, 2015-ci ildə nominal qiymətlərlə bir barel neftin qiyməti $57,8 artıq olmayacaq, 2016-ci ildə bu göstərici $61,2-a qədər yüksələcək. Sonrakı illərdə isə belə bir vəziyyət proqnoz edilir: 2017-ci ildə – $63,7; 2018-ci ildə $66,3; 2019-cu ildə $69,1 və 2020 ci il üçün $71,9.
2025-ci ildə neftin nominal qiyməti bir barel üçün $88,3 səviyyəsinə çatacağı gözlənilir ki, bu da 2010-cu il qiymətləri ilə müqayisədə reallıqda $70,8 təşkil etməlidir.
Dünya Bankı ekspertləri neftin qiymətlərinin həmçinin müqayisəli qiymət proqnozlarını tərtib ediblər. Bu zaman gələcək illərdəki qiymətlərin 2010-cu illə müqayisəsi inflyasiya faktoru nəzərə alınmaqla dəyərləndirilib:
2015-ci ildə bir barel neftin qiyməti $54,4 təşkil edəcək, gələn il isə bu göstərici bir qədər artaraq $56,6-a çatacaq. Sonrakı 2017-ci ildə – $58,2; 2018-ci ildə $59,7, 2019-cu ildə $61,2 və 2020 году ildə isə $62,7.
Dünya Bankının hesabatı bir daha onu təsdiqləyir ki, neftin “100 dollarlıq” dövrü müqayisəli qiymətlər ifadəsində ola bilsin bir daha fəth edilməsin.