SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin iyun ayında 11 min 222 ton dizel yanacağı ixrac edib.
Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-iyun ayları ərzində 491 855 ton dizel yanacağı, 103 509 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.
2015-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 688,92 dollar, təyyarə yanacağı – 576,85 dollar, dizel yanacağı – 561,82 dollar, 1% kükürdlü mazutun qiyməti isə 331,98 dollar təşkil edib.
Neft məhsulları | 2015-ci ilin yanvar-iyun ayları (ton) | 2014-cü ilin yanvar-iyun ayları (ton) |
Dizel yanacağı | 491 855 | 377 636 |
Təyyarə yanacağı | 103 509 | 75 591 |
Soba mazutu | 178 | 178 |