İtaliyanın Eni və Qazaxıstanın KazMunayGaz şirkətləri Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən “İsatay” blokunda kəşfiyyat aparacaqlar.
Şirkət “İsatay” blokunda mineral hüqüqların 50% Eni şirkətinə verən kommersiya sazişini başa çatdırıb.
“İsatay” blokunun işlənməsi ENİ və KMG tərəfindən bərabər əsasda yaradılacaq birgə müəssisə tərəfindən həyata keçriləcək.
Birgə müəssisə Eni şirkətindən Xəzər dənizinin texniki cəhətdən mürəkkəb şelfinin kəşfiyyatı zamanı onun texnologiyalarını və təcrübəsini alacaq.
Eni şirkətinin “İsatay” blokunun iştirakı barədə müqavilə keçən ilin iyununda imzalanıb. Müqavilə həmçinin Kurık qəsəbəsində birgə gəmiqayırma zavodunun inşasını nəzərdə tutur.