Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Türkiyədə Fransanın “Total” şirkətinə məxsus yanacaqdoldurma stansiyalarını (YDS) almaqda maraqlıdır.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.
Qəzet yazır ki, SOCAR-ın marağına səbəb aprelin 24-də “Total”ın Türkiyə bazarını tərk edəcəyi ilə bağlı verdiyi açıqlaması olub.
SOCAR-ın bu şirkətin Türkiyədəki paylarının 5,3 faizini əldə etmək niyyətində olduğu bildirilir.
Başqa detallar barədə qəzetin məlumatında qeyd olunmur.
Hazırda SOCAR Türkiyədə “Star” neft emalı zavodunun yaradılması ilə məşğuldur. Zavodun məhsulları yerli bazarda satılacaq.
Caspian Barrel-in məlumatına görə, “Star” neft emalı zavodu ilk məhsulunu bazara 2018-ci ilin əvvəlində çıxarmağa hazırlaşır. Bu emal müəssisəsi əsasən dizel yanacağı və aviakerosin istehsal edəcək. Dizel yanacağının illik isehsal həcmi təqribən 6 milyn ton təşkil edəcək.
Bundan əvvəl Türkiyə mətbuatı yazmışdı ki, SOCAR ölkədə minə yaxın yanacaqdoldurma stansiyalarıi almaq niyyətindədir. Çünki emal zavodu işə düçəndən sonra SOCAR öz məhsullarının satışını birbaşa öz brendi altında olan YDS vasitəsilə həyata keçirməkdə maraqlı olacaq. Bu həm onun ölkədə reklamı deməkdir, həm də gəlirinə təsir edən amildir.