İntertek servis şirkəti Transanadolu boru kəmərinin (TANAP) tikintisi dövründə boru kəmərlərinin keyfiyyəti, texniki təftiş və sınaqdan keçirilməsinə nəzarət üzrə işlər üçün TANAP konsorsiumu ilə 2 illik müqavilə bağlayıb. Bu barədə Intertek şirkətinin saytında yerləşdirilmiş məlumatda bildirilir.
İntertek şirkətinin regional direktoru İqor Obodanın sözlərinə görə, müqavilənin imzalanması bir daha texniki xidmətlərin göstərilməsi sahəsində şirkətin böyük potensial təsdiqləyir.
“Boru kəmərinin keyfiyyəti və bütövlüyü onun təhlükəsiz işinin təmin edilməsi, xərclərin və qazla çirklənmə risklərinin minimuma endirilməsi üçün vacib amildir. Biz səbirsizliklə TANAP ilə birgə işi gözləyirik”, – deyə o bildirib.
İntertek şirkətinin Türkiyə və Azərbaycandakı direktoru Dilək Yalçın qeyd edib ki, “Biz bu strateji layihənin uğurla həyata keçirilməsinə öz töhfəmizi verdiyimiz görə çox xoşbəxtik”.
* İntertek – 130 il ərzində 100-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətdir. Bu gün şirkətdə təxminən 38 min işçi çalışır.