“Arman daily” qəzeti xəbər verir ki,İran məclisində qəbul edilən qərara əsasən martın 21-dən dövlət tərəfindən dotasiya edilən benzin qiymətləri 5% artırılacaq.
İran benzinə kvota 2007-ci ilin yayında tətbiq edilib. Hər bir avtomobil sahibi şəxsi məlumatların daxil edildiyi xüsusi karta (iranlılar onu “karte xuşmənd”,ağıllı kartlar) malikdir. Bu kart vasitəsilə iranlılar güzəştli qiymətlərlə benzin ala bilərlər. Hər bir nəqliyyat sahibi üçün 60 litr norma müəyyənləşdirilib.
İran vətəndaşları “kvotalı” benzini subsudiya daxil olmaqla 7 min riala ala bilirlər.
Martın 21-dən bir litr yanacaq üçün 7 350 rial ödəmək lazım gələcək. 60 litr normadan artıq satılan benzinin qiymətidə bahalaşacaq. Bügünkü 10 min rial əvəzində 10.5 min rial ödəyəcəklər.