“Transneft” və “Rosneft” şirkətləri Şərqi Sibir – Sakit Okean ( ŞSSO) magistral neft boru kəmərindən Komsomolsk NEZ-a kəmər-qolun çəkilməsi layihəsi çərçivəsində uzunmüddətli tariflərin təyin edilməsi barədə saziş imzalayıblar. Bu barədə şirkətlərin ortaq bəyanatında bildirilir.
Saziş Komsomolsk NEZ-a xarici elektrik təchizatı obyektləri daxil olmaqla, 8 milyon ton gücündə olan boru kəmərinin layihələndirilməsi və inşasını nəzərdə tutur.
Layihə “Transneft” tərəfindən müqaviləyə uyğun olaraq “Rosneftin” ödəyəcəyi uzunmüddətli tariflərin hesabına maliyyələşdiriləcək.
“Rosneft” şirkəti ildə boru kəməri ilə 8 milyon ton xammal nəql edəcək.
Hal-hazırda Komsomolsk NEZ-a xammal dəmir yolu ilə çatdırlır.Boru kəmərin inşası zavodun neftə artan təlabatını sabit və təhlükəsizlik nəqlini təmin edəcək.