2025-ci ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin laylarından təbii qaz hasilatı (deep-gas) başlanacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“2025-ci ilin növbəti ilin birinci rübündə dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir”, – Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, uzun müddət neft ixracımızın əsas mənbəyi olan AÇG bloku,“Şahdəniz” və “Abşeron”dan başqa, Azərbaycanın qaz təchizatının əlavə mənbəyi olacaq.
Əliyev əlavə edib ki, birinci mərhələdə AÇG blokundan dərin qazın hasilatı ildə təxminən 0,5 milyard kubmetr təşkil edəcək.
«Lakin, bir neçə il ərzində bu göstərici 3-4 dəfə artacaq», – Əliyev bildirib.
“BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan qaz hasilatının (“deep-gas”) həyata keçirilməsi üçün ilk quyunun qazılmasına 2024-cü ilin II yarısında başlamağı planlaşdırır.
AÇG müqaviləsi üzrə səhmdarlar BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% şirkətləridir.
2023-cü ilin dekabr ayında SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak payının alınmasına dair saziş imzalanıb. İştirak payının alınmasına dair əqd bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.