Sverdlovsk vilayəti qubernatorunun mətbuat xidmətindən verilən məlumata görə,”Uralximmaş” müəssəsi Türlmənistanın “MarıAzot” kimya müəssəsinin yenidən qurulmasında iştirak edə bilər.
Bu məsələ Sverdlovsk vilayəti qubernatorunun Türkmənistana səfəri zamanı baş nazirin müavinləri Baymurad Hocamühammedov və Babaniyaz İtalmazovla müzakirə edilib.
Tərəflər “MarıAzot” zavodunun yenidən qurulmasında Ural zavodunun iştirakını müzakirə ediblər.
“MarıAzot” Türkmənistanda ammonium nitratın yeganə istehsalçısıdır ancaq müəssisə tam gücü ilə işləmir.
Uralximmaş zavodunun direktor müavini Serqey Qavrikova bildirib ki,onlar “MarıAzot” zavodunun yenidən qurulmasında iştirak etmək istəyirlər və zavodun istehsal gücünü 450 min tona çatdıra bilərlər.