Bazar, Avqust 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Apple” şirkəti 10 il çalışdığı elektrik avtomobil layihəsini bağlayıb

"Bloomberg": Amerikanın İT nəhəngi "Project Titan" kimi tanınan elektrik avtomobil layihəsinə kommersiya baxımından uğurlu hesab edilmədiyindən xitam verib

28/02/2024
Apple закрыла проект электромобиля, который делали 10 лет
37
BAXIŞ
Share on FacebookShare on Twitter

Agentlik öz mənbələrinə istinadən bildirir ki, artıq şirkət öz qərarını işçilərə çatdırıb. Layihəyə 2 minə yaxın insan cəlb olunmuşdu. Bu qərarı “Apple” şirkətinin Baş Əməliyyat direktoru Jeff Uilyams və “Project Titan” layihəsi üzrə məsul vitse-prezident Kevin Linç dəstəkləyib.

Məlumata görə, elektromobil layihəsi üzrə ixtisara düşmüş bir çox işçi süni intellektin inkişafı şöbəsinə köçürüləcək və generativ süni intellektin yaradılması ilə məşğul olacaq.

“Apple”-ın avtomobil komandasında həmçinin bir neçə yüz texniki mühəndis və dizayner var. Onlar başqa şöbələrə keçə bilərlər. İxtisarlar da olacaq, lakin bunun neçə nəfərə təsir edəcəyi hələ məlum deyil, deyə “Bloomberg”-in mənbəsi bildirib.

Xatırladaq ki, “Apple” 2014-cü ildə elektromobil hazırlamağa qərar vermişdi. Şirkət layihə üzrə işləri bir neçə dəfə təxirə salaraq 2028-ci ilə qədər dördüncü dərəcəli avtopilotlu avtomobili (hazırkı avtopilotlu avtomobillərin əksəriyyəti ikinci dərəcəyə malikdir) istehsalını hədəfləmişdi.

Bu arada “Apple” rəhbərliyini və strategiyasını bir neçə dəfə dəyişdi, lakin bu, elektromobil istehsalı məsələsində həqiqətən də irəliləməyə kömək etmədi. Baxmayaraq ki, layihəyə bir neçə milyard dollar sərmayə qoyulmuşdu. 

Bundan əlavə, “Apple” elektrik avtomobilini təxminən 100 min dollara satışa çıxaracağına ümid bəsləyirdi ki, layihə kommersiya baxımından özünü doğrultsun.

Belə görünür ki, qlobal bazarda elektrik avtomobilləri bazarında yaşanan və yaşanacaq ciddi rəqabət Amerikanın ən bahalı şirkətində özünün “Project Titan” layihəsinin hazırda istehsal etdiyi digər məhsullar qədər gəlir gətirə biləcəyinə şübhə yaradıb.

Tags: Appleelektrik avtomobilləriProject Titan

Eyni kateqoriyadan Digər materiallar

“Mercedes” 2030-cu ildən tam “elektrik xəttinə keçid” planını təxirə saldı
Yaşıl enerji

“Mercedes” 2030-cu ildən tam “elektrik xəttinə keçid” planını təxirə saldı

26/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.