Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən ilin yekunlarına əsasən ölkədə qaz istehlakının həcmini açıqlayıb.
SOCAR-ın məlumatına görə, 2023-cü ildə Azərbaycanda qaz istehlakı 13 milyard 439 milyon 700,969 min kubmetr təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan 13 milyard 533 milyon 971 min kubmetr qaz istehlak edilmişdi. Beləliklə, ötən il qaz istehlakı 0,7% və ya 94 milyon 270 min 31 kubmetr azalıb.
SOCAR-ın məlumatına görə, 2023-cü ildə ölkədə emal olunmuş qazın həcmi 3 milyard 506 milyon 843,456 min kubmetr (artım 1,6%) təşkil edib.