Cümə axşamı, Mart 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR 2050-ci ilə qədər “Xalis sıfır” hədəfinə çatmaq niyyətindədir

04/12/2023
SOCAR 2050-ci ilə qədər “Xalis sıfır” hədəfinə çatmaq niyyətindədir
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Rövşən Nəcəf: 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindəndir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində 3 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində görülən işlər, həyata keçirilən proqramlardan ətraflı bəhs edib.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövşən Nəcəf SOCAR-ın ekoloji fəaliyyətinə, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə əlaqədar hədəflərinə dair məlumat verib.

SOCAR-ın prezidenti hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “Sıfır metan”, 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib.

Rövşən Nəcəf bu addımların SOCAR-ın korporativ sosial məsuliyyəti ilə yanaşı, ətraf mühitin mühafizəsi baxımından nümunəvi enerji şirkətinə çevrilməsi istiqamətində atıldığını vurğulayıb.

Tədbir zamanı SOCAR-da ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, həyata keçirilən layihələr, qeyd olunan hədəflər və onlara çatmaq üçün gələcək addımlar, neft-qaz əməliyyatlarında yaşıl enerjinin tətbiqi, dekarbonizasiya və enerji keçidi sahəsində strateji məqsədlərə dair ətraflı təqdimat keçirilib.

Həmin gün, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Karbon neytrallığı” konsepsiyasının həyata keçirilməsinə dair tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, daha sonra isə SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış ediblər.

Çıxışlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri haqqında məlumat verilib, bu ərazilərdə yaşıl enerji, yaşıl kənd təsərrüfatı, habelə təbiətə dost olan texnologiyaların tətbiqi ilə karbon neytrallığının təmin edilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb.

Daha sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” potensialı, bu istiqamətdə həyata keçirilən layihələr və gələcək hədəflər barədə təqdimat edilib.

SOCAR Mətbuat Xidməti

Tags: dekarbonizasiyaNet ZeroRövşən NəcəfSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.