Cari ilin yanvar-noyabr aylarında “Şahdəniz” yatağından 24 milyard kubmetr qaz hasil edilib ki, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% artım deməkdir.
“Caspian Barrel” Energetika nazirliyinin məlumatına istinadən bildirir ki, 2023-cü ilin 11 ayında Azərbaycanda qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artaraq 44 milyard kubmetr təşkil edib.
Hesabat dövründə “Abşeron” yatağından 600 milyon kubmetr təbii qaz, “Azəri-Çıraq-Günəşli” blokundan isə 11,7 milyard kubmetr səmt qazı, SOCAR üzrə 7,7 milyard kubmetr qaz hasil olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 dekabr 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 215,2 milyard kubmetr səmt qazı, “Şahdəniz”dən isə 206,7 milyard kubmetr təbii qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 146,4 milyard kubmetri ixraca nəql edilib.