Şənbə, Noyabr 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

GL enerji texnologiyaları sahəsində qlobal şirkət olan “Baker Hughes” ilə əməkdaşlıq edəcək

25/12/2023
GL enerji texnologiyaları sahəsində qlobal şirkət olan “Baker Hughes” ilə əməkdaşlıq edəcək
20
BAXIŞ
Share on FacebookShare on Twitter

GL – Azərbaycanın ilk özəl enerji şirkəti özünün törəmə şirkəti olan “GL Technical Services” (GLTS) vasitəsilə sənaye xidmətləri üzrə dünya liderlərindən olan “Baker Hughes” ilə Anlaşma Memorandumu imzalayıb. Bu, GLTS-ə qabaqcıl texnologiyalardan istifadə etməyə və neft-qaz hasilatının artırılması, xərclərin optimallaşdırılması və əməliyyatların səmərəliliyinin artırılması da daxil olmaqla, istismar məsələlərinin həlli üçün kadrların səriştələrini qlobal sənaye standartlarına uyğunlaşdırmağa imkan verir.

“Baker Hughes” qlobal səviyyədə enerji və sənaye sifarişçiləri üçün həllər təqdim edən enerji texnologiyaları şirkətidir. Bir əsrlik təcrübəyə malik olan və 120-dən çox ölkədə işgüzar fəaliyyət göstərən “Baker Hughes”, qabaqcıl texnologiya və xidmətlərdən əlavə olaraq, enerji sahəsini irəli aparmaqla onu insanlar və planetimiz üçün daha təhlükəsiz, təmiz və səmərəli edir.

2022-ci ilin noyabr ayında təsis edilən GLTS texniki mükəmməlliyə nail olmaq üçün ciddi səylər göstərir və sürətlə Azərbaycanın dinamik enerji sektorunda qabaqcıl həllər və xidmətlər təqdim edən əsas oyunçuya çevrilir. Müasir texnologiya ilə təchiz edilmiş GLTS enerji texnologiyaları sektorunda regional səviyyədə əsas oyunçulardan birinə çevrilməyi hədəfləyir.

GLTS geofiziki tədqiqatlar sahəsində qabaqcıl texniki imkanlara, o cümlədən quyularda geofiziki və karotaj işləri görməyə imkan verən ABŞ istehsalı olan mobil qaldırıcılara, geniş xidmət diapazonu təmin edən geofiziki avadanlıq və sistemlərə, yüksək dəqiqliklə quyu məlumatlarının alınmasını mümkün edən qabaqcıl texnoloji həllərə malikdir.  

Şirkət bu yaxınlarda ən son müasir texonolgiyalı dörd ədəd 350 at gücü olan 60 tonluq və bir ədəd 550 at gücü olan 100 tonluq qaldırıcı qurğuları əldə etməklə, GLTS-i Azərbaycanda quyuların əsaslı təmiri və xidməti sahəsində mühüm oyunçulardan biri kimi mövqeləşdirib.

Bakı şəhərində keçirilən Anlaşma Memorandumunun imzalanma mərasimində GL-in Baş icraçı direktoru Asif Zeynalov qeyd etdi ki, “Baker Hughes” ilə əməkdaşlıq GLTS üçün strateji cəhətdən çox mühüm addımdır. Bu addım öz növbəsində şirkət üçün qlobal aparıcı sənaye texnologiyalarına çıxışı təmin edir və bununla da GLTS-in regional oyunçuya çevrilməsi üçün imkanlar yaradır.

“Mən GL-in enerji sektorunda mükəmməlliyə və innovasiyaya sarsılmaz sadiqliyini vurğulayan bu əməkdaşlıqdan çox məmnunam”, – deyə Asif Zeynalov qeyd etdi.

“Baker Hughes” şirkətinin Xəzəryanı ölkələr üzrə direktoru Samir Ələsgərov isə öz çıxışında, Baker Hughes şirkətinin Tələb üzrə Həllərinin (On-Demand Solutions) Alternativ Biznes Modelinə uyğun olaraq partnyorlarımızla yeni və davamlı əməkdaşlığa, həmçinin lazım gəldikdə əlavə imkanları dəyərləndirmək üçün GL və “Baker Hughes” şirkətlərinə resurslarını paylaşaraq tərəfdaş kimi  çalışmağa şərait yaradacağını qeyd etmişdir.

Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.

GL Mətbuat xidməti

Tags: Baker Huges

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.