Cümə axşamı, Oktyabr 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Abşeron” yatağının böyük qazının işlənməsi planı müzakirə edilib

21/07/2023
“Abşeron” yatağının böyük qazının işlənməsi planı müzakirə edilib
15
BAXIŞ
Share on FacebookShare on Twitter

Öz ehtiyatlarına görə “Şahdəniz”dən sonra Azərbaycanın ikinci ən böyük qaz yatağı olan “Abşeron”un böyük qazının bazarlara çıxarılması planının müzakirələri başlayıb.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 20 iyul 2023-cü il tarixində Fransanın “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.

Caspian Barrel SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumata əsasən bildirir ki, görüşdə 11 iyul 2023-cü il tarixində cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqları rəhbər tutaraq, layihənin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.

Görüş çərçivəsində “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə cari ilin iyul ayının əvvəlində hasilata başlanılmasından məmnunluq ifadə olunub, layihənin cari vəziyyəti və ölkəmizin hasilat potensialının artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsi iki mərhələdə həyata keçirilir.

İlkin hasilat layihəsi çərçivəsində hazırda gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil olunur (illik orta hesabla 1,5 milyard kubmetr qaz və 500 min ton kondensat çıxarılması planlaşdırılır).

Caspian Barrel xatırladır ki, “Abşeron” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi 2009-cu ildə imzalanıb. 2011-ci ilin sentyabrında burada dənizin 474 dərinliyində 6874 metr dərinlikdə qazılan kəşfiyyat quyusunun məhsuldar karbohidrogen layları açmağa müvəffəq olub.

2011-ci ilin 2 iyul tarixində Fransanın “Total” şirkəti (kəşfiyyat işləri üzrə operator, indiki “TotalEnergies” şirkəti) kəşfiyyat quyusunun təhlil edilmiş nəticələrini açıqlayaraq məhsuldar layin qalınlığının 160 metr, Balaxanı və Fasilə lay qatlarında kəşf edilmiş ehtiyatların isə 150-300 milyard kubmetr arasında olduğunu bildirib.

“Abşeron” yatağında həyata keçirilən layihə nəticəsində açılmış yataq Fransa şirkətinin son 10 ildəki ən böyük kəşf hesab edilib.

21 noyabr 2016-cı il tarixdə “Abşeron” yatağı üzrə “İlkin Qaz Hasilatı” planının həyata keçirilməsi çərçivəsində müqavilə iştirakçıları arasında müqavilə və kommersiya şərtlərini müəyyən edən Saziş imzalanır.

Razılaşdırılmış sənədə görə, işlənmə suyun 450 metr dərinliyində bir hasilat quyusunun qazılmasını nəzərdə tutur. Yüksək təzyiqli yataqda baş tutacaq hasilat kondensat da daxil olmaqla gündə təxminən 35 min barel neft ekvivalenti həcmində qiymətləndirilir. İstehsal olunan qaz bütünlüklə Azərbaycanın daxili bazarına yönəldiləcək.

O zaman SOCAR mütəxəssisləri “Abşeron” yatağından ilk qazın hasil edilməsini 2019-cu ilin ilk rübünə proqnoz edirdilər.

15 aprel 2019-cu il tarixdə saat 13:00-da “Caspian Driling Company” (CDC, SOCAR-ın dənizdəki əməliyyatlar üzrə qazma şirkəti) şirkəti “Heydər Əliyev” altıncı nəsil yarımdalma qazma qurğusunda “Abşeron” yatağında həyata keçirdiyi qiymətləndirmə quyusunun qazılması zamanı 7 411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatmaqla indiyə qədər həm Xəzər dənizində, həm də Xəzər dənizi hövzəsi ölkələrində qazılmış quyular içərisində rekord göstəriciyə imza atıb – qazma gedişinə görə ƏN DƏRİN QUYU qazılıb.

Həmin quyunun nəticələri əsasənda SOCAR-ın qiymətləndirmələrinə görə, “Abşeron” yatağının potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

Hazırda “Abşeron” layihəsinin səhmdarları SOCAR (50%) və “TotalEnergies” (50%) şirkətləridir.

 

 

Tags: SOCARTotalEnergies

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.