Çərşənbə axşamı, Yanvar 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Türkiyə və Azərbaycan qazın tranziti məsələsində razılaşdılar

01/02/2023
Türkiyə və Azərbaycan qazın tranziti məsələsində razılaşdılar
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Ankara Avropaya Azərbaycan qazının əlavə həcmini tədarük etmək üçün hər cür dəstək göstərməyə hazırdır. Bu barədə Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu bəyan edib.

Mövlut Çavuşoğlu

“Türkiyə Azərbaycanda qarşıdakı dövrdə hasil ediləcək əlavə qazın Macarıstana və Cənub-Şərqi Avropanın bəzi ölkələrinə çatdırılması üçün hər cür dəstək göstərəcək. Biz artıq bu məsələ ilə bağlı Azərbaycanla razılaşmışıq. Əminik ki, gələcəkdə biz (Macarıstan ilə -İF) enerji əməkdaşlığımızı gücləndirəcəyik”, – Çavuşoğlu çərşənbə axşamı Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.

“İnterfaks-Azərbaycan” məlumat verir ki, Türkiyə diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Siyarto cari ilin fevral ayında keçiriləcək İstanbul Qaz Forumunda iştirakını artıq təsdqiləyib.

Öz növbəsində, Siyarto Macarıstanın enerji təhülkəsizlyiində Türkiyənin vacib rolunu qeyd edib.

“Biz Avropada enerji problemləri ilə üzləşirik. Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu danılmazdır. Rusiyadan təbii qaz Mərkəzi Avropaya 100% istismar olunan «Mavi axın» boru kəməri ilə Türkiyə vasitəsilə daxil olur. Türkiyə olmadan Macarıstanın etibarlı enerji təhlükəsizliyi də yoxdur. Bu həqiqətdir, çünki yalnız 2022-ci ildə Türkiyə vasitəsilə 5 milyard kubmetr qaz daxil olub”, – Macarıstanın xarici işlər naziri bildirib.

O əlavə edib ki, Budapeşt enerji resurslarının tədarükü mənbələrinin şaxələndirilməsinə böyük önəm verir.

“Və burada ən real ssenari Azərbaycanda hasil olunan qazın Mərkəzi Avropaya, o cümlədən Macarıstana çatdırılmasıdır. Xəritəyə nəzərə yetirsək, bu iri həcmdə qaz Macarıstana yalnız Türkiyə ərazisindən gələ bilər. Bununla əlaqədar şirkətlərimiz arasında müvafiq müzakirələr başlayıb və indi razılaşmalar hazırlayırıq (Azərbaycan qazının Türkiyə ərazisi ilə tranziti üçün – İF)”, – Siyarto deyib.

Dünən Azərbaycan prezidenti İlham ƏliyevBudapeştə səfər çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu” imzalayıb.

Azərbaycan qazının TAP kəməri ilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.

2022-ci ildə Azərbaycan ixracın həcmini 18% – 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 12,3%) ixrac olunub ki, bu da Azərbaycanın bütün ixracının 51%-ni təşkil edir.

2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

interfax.az

Tags: AzərbaycanqazTürkiyə

Eyni kateqoriyadan Digər materiallar

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?
Azərbaycan

İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?

11/03/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.