Çərşənbə, Aprel 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın özəl hasilatçı şirkəti beynəlxalq konfransda sağlam rəqabətin inkişafdakı rolundan danışıb

21/02/2023
Azərbaycanın özəl hasilatçı şirkəti beynəlxalq konfransda sağlam rəqabətin inkişafdakı rolundan danışıb
11
BAXIŞ
Share on FacebookShare on Twitter

Neft-qaz sənayesində Azərbaycanın ilk özəl hasilatçı şirkəti olan GL dünyada neft-qaz çıxarma sənayesini təmsil edən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) “Drilling Caspian 2023” konfrans və sərgisində iştirak edib.

Caspian Barrel şirkətin sosial şəbəkələrdə yaydığı məlumata istinad edərək bildirir ki, neft-qaz sənayesində fəaliyyət göstərən şirkətləri, bu sahənin mütəxəssislərini bir araya gətirən tədbirdə çıxış edən GL-in Baş icraçı direktoru Asif Zeynalov, Quyular və qazma işləri üzrə direktor David Triolo və Sağlamlıq üzrə menecer Səyamək Əminzadə enerji sənayesində cari meyillər və yeni trendlərə toxunublar.

Tanınmış milli və regional şirkətlərin arasında təmsil olunan GL-in Baş icraçı direktor Asif Zeynalov çıxışında istedadların inkişafına yönəlmiş bazarda rəqabətin əsaslarından danışıb, eləcə də diqqəti bunun şirkətlərin inkişaf strategiyasında əhəmiyyəti məsələsinə çəkib.

David Triolo Xəzər hövzəsi üzrə enerji sektorunun rəqabətliliyinə dair panel müzakirələrdə iştirak edib. O, Azərbaycanda GL kimi özəl enerji şirkətinin fəaliyyətə başlamasını sektorun inkişafında əhəmiyyətli proses kimi qiymətləndirib.

Səyamək Əminzadə bu gün də aktuallığını qoruyan COVID-19 pandemiyası dövründə davranış təhlükəsizliyinin rolu barədə informativ təqdimatla çıxış edib.

GL LTD | LinkedIn

Qeyd edək ki, “GL LTD” MMC (GL) 2019-cu ildə Azərbaycanda təsis olunmuş özəl neft-qaz şirkətidir.  Şirkətin törəmə müəssisəsi olan “GL İnvestment” 2021-ci ilin noyabrından “Kürsəngi” və “Qarabağlı” yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatı üzrə layihədə operator qismində çıxış edir və “Salyan Oil Limited” əməliyyat şirkətində 50 faiz pay sahibidir.

Bundan əlavə şirkətin digər törəmə müəssisəsi – “GL İnternational” Risk Xidmət Sazişi əsasında 2022-ci ilin iyulundan Abşeron ərazisində yerləşən “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqlarının daxil olduğu blokun bərpası və işlənməsini həyata keçirir.

Tags: GL

Eyni kateqoriyadan Digər materiallar

GL şirkəti tender elan edib
Azərbaycan

GL şirkəti tender elan edib

10/05/2023
GL company announces a tender
Azərbaycan

GL şirkəti tender elan edir

03/05/2023
GL şirkəti tender elan edir
Azərbaycan

GL şirkəti tender elan edir

18/01/2023
GL “Kürsəngi” və “Qarabağlı” yataqlarında 8%-lik hasilat artımına nail olub
Azərbaycan

GL “Kürsəngi” və “Qarabağlı” yataqlarında 8%-lik hasilat artımına nail olub

01/12/2022
SOCAR-ın quyusundan 2 ton neft oğurlamağa cəhd edilib
Azərbaycan

SOCAR-ın quyusundan 2 ton neft oğurlamağa cəhd edilib

23/06/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.