Cümə axşamı, Oktyabr 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan gələn il AÇG-nin dərin laylarındakı təbii qazın hasilatını planlaşdırır

11/01/2023
Xəzərdə biznes üçün ən uyğun yer
15
BAXIŞ
Share on FacebookShare on Twitter

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda “deep-gas” layihəsi çərçivəsində qaz hasilatı 2024-cü ildə başlayacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

“Biz “Şahdəniz” və digər yataqlardan da əlavə qaz hasilatını gözləyirik. Misal üçün, bu il əgər hər şey plana uyğun gedərsə, “Abşeron” yatağından hasilat başlamalıdır. Gələn il isə, əgər heç bir fors-major halları olmazsa, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan “deep gas” deyilən dərin qaz hasilatını gözləyirik. 2024-cü ildə hasilata başlamağı planlaşdırırıq”, – Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bildirib.

Prezident əlavə edib ki, Azərbaycan iri karbohidrogen xammalı potensialına malikdir.

“Azərbaycanın təsbit edilmiş qaz ehtiyatları məlumdur, mən onları dəfələrlə səsləndirmişəm – 2,6 trilyon kubmetr. Lakin, mən əminəm ki, onlar daha çox olacaq, çünki neft yataqlarında fəaliyyətimizin təcrübəsi ondan xəbər verir ki, ehtiyatlar qazma, yeni texnologiyaların tətbiqinə görə ilkin qiymətləndirmələrdən daha çoxdur. Azərbaycanın qaz sahəsi isə beynəlxalq bazarlara ən azı 100 il öz ehtiyatlarını tədarük edəcək, yəni texnologiyalar inkişaf etdikcə daha çox hasil etmək üçün imkanlar olacaq. Buna görə 2,6 trilyon kubmetr – potensialımızın minimum təsbit edilmiş səviyyəsidir”, – Əliyev deyib.

Caspian Barrel bildirir ki, indiyə qədər “Azəri-Çıraq-Günəşli” neft yataqları blokundan səmt qazı hasil edilir. Azərbaycan Energetika nazirliyinin məlumatlarına görə, 2022-ci ilin sonuna qədər AÇG-dən 203 milyard kubmetr səmt qazı hasil edilib ki, bunun da 150 milyard kubmerinə qədəri neft quyularında lay təzyiqini saxlamaq üçün yenidən quyulara vurulub.

Hələ 1994-cü ilin 20 sentyabrında AÇG üzrə müqavilə imzalanarkən Azərbaycan xarici şirkətlər üçün müqavilə sahəsindən əlavə daha bir limit tətbiq etmişdi – dənizin dibindən başlayaraq 3500 metr dərinlikdən çox yerləşən laylardan karbohidrogen ehtiyatı çıxarıla bilməz. Məhz həmin dərinlikdən başlayaraq təbii qaz layları yerləşir. Hazırda bp və tərəfdaşları qiymətləndirmə quyusunun qazılmasını həyata keçirməyə hazırlaşırlar ki, orada yerləşən təbii qaz ehtiyatlarını müəyyənləşdirsinlər. Nəticədən asılı olaraq şirkətlər həmin qaz həcmlərinin işlənməsi layihəsini hazırlayaraq sonda Azərbaycan tərəfi ilə yeni bir müqavilə imzalamlıdırlar.

Bundan sonra AÇG-nin dərin qatlarındakı qazın mövcud platformalardan hasil edilməsi və bazarlara çıxarılması həyata keçirilə bilər.

Tags: AÇGdeep-gas

Eyni kateqoriyadan Digər materiallar

“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib
Azərbaycan

“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib

18/02/2025
BP: платформы на Каспии не будут остановлены на ремонт в 2023г
Azərbaycan

BP ilin sonuna qədər AÇG-dən təbii qaz hasilatına başlamağı planlaşdırır

28/01/2025
Нефтегазовые доходы бюджета РФ в январе—апреле выросли на 82%
Azərbaycan

Azərbaycan 11 ayda 26,5 mln ton neft hasil edib

11/12/2024
More than 66% of Azerbaijan’s oil production falls on the ACG block
Azərbaycan

Neft Fondu 11 ayda AÇG layihəsindən $5,7 milyarddan çox gəlir əldə edib

09/12/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.