Cümə, Avqust 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Reuters: Rusiyadan Avropaya neft nəql edən borudakı sızma qəzaya bənzəyir

12/10/2022
Reuters: Rusiyadan Avropaya neft nəql edən borudakı sızma qəzaya bənzəyir
15
BAXIŞ
Share on FacebookShare on Twitter

Polşa bu gün Rusiyadan Avropaya neft nəql edən “Dostluq” boru kəmərlərindən birində sızma aşkar etdiyini bildirib və bunun qəza nəticəsində baş verdiyini güman edir.

“Reuters” agentliyi bu hadisənin Avropanın enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artıra biləcəyini yazır.

Çərşənbə axşamı gecə borunun operatoru olan PERN şirkəti Almaniyaya neft nəql edən əsas marşrutda təzyiqin aşağı düşməsini və sızmanı aşkarlayıb.

Polşanın enerji infrastrukturuna cavabdeh olan yüksək çinli rəsmisi Mateusz Berger telefonla “Reuters” agentliyinə bildirib: “Buradakı qəza təsadüfi hadisədən də ola bilər”. Onun sözlərinə görə, sızmanın təxribat nəticəsində baş verdiyinə inanmaq üçün hələ heç bir əsas yoxdur.

PERN açıqlamasında bildirib ki, bu nöqtədə sızmanın dəqiq səbəbləri hələlik müəyyən edilməyib. Polşanın mərkəzi Plotsk şəhərindən təxminən 70 kilometr məsafədə borunun bir hissəsində szıma aşkar edilib.

Dostluq neft kəməri dünyanın ən böyük boru kəmərlərindən biridir və Rusiya neftini Almaniya, Polşa, Belarusiya, Macarıstan, Slovakiya, Çexiya və Avstriya kimi mərkəzi Avropanın çox hissəsinə çatdırır.

Yanğınsöndürmə briqadasının sözçüsü Karol Kierzkowski Polşanın “TVP Info” dövlət televiziyasına açıqlamasında bildirib ki, əsas tədbir sızmanın yerini tapmaq, sızmanı dayandırmaqdır və mayeni borudan çıxararaq lazımi təmir işlərini həyata keçirməkdir.

Caspian Barrel bildirir ki, “Dostluq” neft kəmərləri sisteminin ilk hissəsi 58 il əvvəl – 15 oktyabr 1964-cü ilə istismara verilib. Bu kəməri tikməkdə Sovet İttifaqının məqsədi Avropanın sosialist bloku ölkələrinin neftlə təhcizatını yaxşılaşdırmaq idi. 1974-cü ildə beşillik tikinti işlərindən sonra “Dostluq” neft kəmərinin ikinci hissəsi istismara verilir və Almaniya Federativ Respublikası da neft idxal etmək imkanı qazanır.

“Dostluq” neft kəmərlər sistemi ümumilkdə 8900 km təşkil edir, bunun 3900 km-i Rusiya Federasiyasının ərazisindədir. Kəmərlər sistemində 46 nasos-kompressor stansiyası, 38 aralıq nasos stansiyası quraşdırılıb. Həmçinin neft kəmərləri boyunca tikilən terminallarda 1,5 milyon tondan artıq neft ehtiyatı saxlamaq mümkündür.

Dostluq neft kəmərlərinin illik buraxıcılıq gücü Rusiya ərazisində 105 milyon tona yaxındır təşkil edir. Amma Rusiya Federasiyasından kənarda kəmərin buraxıcılıq gücü get-gedə azalır. Onun Belarusdan (Polşa və Almaniya istiqaməti) keçən hissəsi ilə (şimal marşrutu) ildə 49,8 milyon ton neft (iki kəmərdən ibarətdir) daşımaq mümkündür. Ukraynadan keçən hissəsinin (cənub marşrutu – hər birinin illik buraxıcılıq gücü 16,7 milyon ton olan 3 kəmər) buraxıcılıq gücü isə 50,1 milyon tondur.

Bu kəmərlərlə Rusiya Avropaya ildə 50 milyon tondan çox neft ixrac edirdi. Amma 2020-ci ildə bu göstərici 45,5 milyona, 2021-ci ildə 35,9 milyon tonadək azalıb. 2022-ci ilin 4 avqust tarixindən isə “Transneft” Ukrayna üzərindən keçən hissə ilə neft ixracını birtərəfli qaydada dayandırıb.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
WTI Crude Price
Brent Crude Price

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.