Bazar, Mart 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Fitch” SOCAR-ın reytinqi ilə bağlı proqnozu yaxşılaşdırıb

29/10/2022
“Fitch”: OPEC+ qərarı neftin qiymətinə təkan verəcək
7
BAXIŞ
Share on FacebookShare on Twitter

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqi (UED) üzrə proqnozu “stabil”dən “müsbət”ə dəyişərək UED və yüksək təminatsız reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilib.

Bildirilib ki, bərpa reytinqi “RR4” səviyyəsində təsdiqlənib.

“Reytinq hərəkəti Azərbaycanın suveren reytinqi (BB+/Müsbət) üzrə proqnoza yenidən baxılmasından və SOCAR-ın kredit qabiliyyətinin güclənməsindən sonra həyata keçirilir ki, bu da onun müstəqil kredit profilinin (SCP) yuxarıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”, – Fitch qeyd edib.

SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın reytinqinə bərabərdir. Bu, şirkətə maliyyə zəmanətləri, pul vəsaitləri və kapitala investisiyalar şəklində göstərilən dövlət dəstəyi, habelə SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət mexanizmi kimi əhəmiyyəti ilə gücləndirilir.

“Biz SOCAR-ın kredit qabiliyyətini “b+” səviyyəsində qiymətləndiririk”, – məlumatda deyilib.

Azərbaycanda neft və qaz layihələrinin əksəriyyəti SOCAR-ın azlıq payına malik olduğu və onun da dövləti təmsil etdiyi və xam neft və qaz payının (mənfəət nefti) satışında iştirak etdiyi hasilatın pay bölgüsü sazişləri əsasında həyata keçirilir. Bundan əlavə, SOCAR dövlət tərəfindən dəstəklənən bəzi digər böyük enerji layihələrində, məsələn, Cənub Qaz Dəhlizi layihələrində paya malikdir.

“Hökumət daxili yanacaq qiymətlərinin tənzimlənməsi, nağd pul inyeksiyaları, hökumətin apardığı bölgü və digər tədbirlər vasitəsilə SOCAR-ın gəlirliliyinə və balansına əhəmiyyətli nəzarəti həyata keçirir. Hesab edirik ki, hökumətin SOCAR üçün adekvat maliyyələşdirməni saxlamaq üçün stimulları var”, – “Fitch” bildirib.

2022-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilatı 4%, 2023-cü ildə isə 5% artıracağı proqnozlaşdırılır.

“Bu, əsasən təbii qaz hasilatının artması hesabına baş verəcək və bundan sonra da sabit qalacaq”, – “Fitch” hesab edir.

Agentlik xatırladıb ki, SOCAR 2021-ci ildə qaz və maye hasilatında analoji artımla neft və qaz hasilatını 7% artıraraq sutkada 282 min barel neft ekvivalentinə çatdırıb: “Bu, Azərbaycanda neft hasilatının 1 %, qaz hasilatının isə 23 % artması ilə bağlıdır. Neftlə müqayisədə daha yüksək qaz hasilatı əsasən “Şahdəniz-2” yatağında 2018-ci ildə hasilata başlanması və sonrakı əlavə istehsalat sahələrinin artırılması ilə bağlıdır”.

“Fitch” “Brent” markalı neftin 2022-ci ildə 100 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları, 2024-cü ildə 65 ABŞ dolları, sonrakı illərdə isə 53 ABŞ dolları/barel olacağını proqnozlaşdırır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-2025-ci illər üçün ümumi kapital qoyuluşunun 16 milyard manat olacağı gözlənilir.

“Biz gözləyirik ki, borc vəsaitlərinin azaldılması və iri layihələrin başa çatdırılması SOCAR-ın kapital qoyuluşu proqramını daha görünən etməlidir ki, bu da SOCAR-ın müstəqil kredit profilinin (SCP) yuxarıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”, – Fitch bildirib.

Agentliyin məlumatına görə, 2021-ci ilin sonunda SOCAR-ın nağd pul qalığı 5,9 milyard manat qısamüddətli borcla müqayisədə 9 milyard manat təşkil edib:

“Biz SOCAR-ın likvidliyini dəstəkləyən neft və qaz qiymətlərinin artması fonunda 2022 və 2023-cü illərdə güclü pul axını gözləyirik”.

SOCAR-ın leveraj tarixən analoji kampaniyalarla müqayisədə nisbətən yüksək olsa da, “Fitch” əməliyyatlardan əldə edilən pul vəsaitlərinin (FFO) xalis leverecinin 2022-ci ildən etibarən azalacağını gözləyir:

“Bu, “Fitch”in qiymət palitrasına uyğun olaraq yüksək neft və qaz qiymətləri səbəbindən yüksək pul vəsaitlərinin axınını əks etdirəcək. Qənaətbəxş likvidlik və təkmilləşdirilmiş maliyyə şəffaflığı ilə birlikdə FFO xalis leverecini 4,0x-dən aşağı saxlamaq SCP-nin müsbət yenidən qiymətləndirilməsinə səbəb ola bilər”.

“Fitch” SOCAR-ın 2022-2025-ci illər ərzində illik dividend ödənişini 0,6 milyard manat səviyyəsində proqnozlaşdırır.

Tags: Fitch

Eyni kateqoriyadan Digər materiallar

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
2021-ci ildə SOCAR-ın mənfəət göstəriciləri bərpa olunacaq – “Fitch”
Azərbaycan

2021-ci ildə SOCAR-ın mənfəət göstəriciləri bərpa olunacaq – “Fitch”

20/05/2021
“Fitch” “OPEC+” qərarının neft bazarına müsbət təsir edəcəyini gözləyir
Maraqlı Xəbərlər

“Fitch” “OPEC+” qərarının neft bazarına müsbət təsir edəcəyini gözləyir

04/12/2020
“Fitch” SOCAR-ın reytinqini təsdiqləyib
Azərbaycan

“Fitch” SOCAR-ın reytinqini təsdiqləyib

28/01/2020
2021-ci ilədək ARDNF-nin aktivləri ÜDM-in 85%-dək artacaq
Azərbaycan

2021-ci ilədək ARDNF-nin aktivləri ÜDM-in 85%-dək artacaq

25/02/2019
Maraqlı Xəbərlər

“Fitch”: Neftin qiymətləri yüksək qalacaq

15/06/2018
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.