Şənbə, Oktyabr 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Abşeron” yatağında modulların dənizdə quraşdırılması başa çatıb

10/10/2022
“Abşeron” yatağında  modulların dənizdə quraşdırılması başa çatıb
39
BAXIŞ
Share on FacebookShare on Twitter

JOCAP birgə əməliyyat şirkəti “Abşeron” yatağlnda modulların dənizdə quraşdırılmasını başa çatdırıb.

Gələcək “Abşeron” platformasının üç modulu quruda BOS Şelf şirkətinin (SOCAR-ın törəmə şirkəti) istehsalat sahəsində istehsal edilmiş, buradan “Azərbaycan” kran gəmisinin vasitəsi ilə daşıma barjalarına yüklənib.

Trend agentliyinin yaydığı xəbərə görə, 17 sentyabr 2022-ci il tarixində üç modul dənizdə dayaq blokunda müvəffəqiyyətlə quraşdırılmışdır. Onlar buradan “Azneft” İB-nin “Neft Daşları” yatağındakı mövcud qurğularına birləşdiriləcəkdir.

“Quruda modulların istehsalının tamamlanması və onların dənizdə quraşdırılması “Abşeron” layihəsinin işlənməsinin mühüm mərhələləridir,” – deyə JOCAP şirkətinin İcraçı direktoru Lionel Tomas bildirib.

“Bu mərhələnin müvəffəqiyyətlə tamamlanmasında iştirak etmiş bütün heyətə təşəkkürümü bildirmək istərdim. Bu andan etibarən, JOCAP, “Abşeron” yatağından ilk qazın qrafik çərçivəsində təhlükəsiz hasil edilməsi üçün dənizdəki əsas əməliyyatları diqqət mərkəzində saxlayacaqdır”, deyə icraçı direktor bəyan edib.

JOCAP (Joint Operating Company of Absheron Petroleum B.V.) Abşeron dəniz blokunun işlənməsi və həmin blokdan hasilat məqsədi ilə “SOCAR Abşeron” (50%) və “TotalEnergies EP Abşeron B.V.” (50%) şirkətlərinin təsis etdikləri və bərabər sahib olduqları qeyri- kommersiya Birgə Əməliyyat Şirkətidir.

“Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, dənizin 600 metrədək dərinliyində Bakıdan 100 km cənub-şərqdə, Şahdəniz yatağından 25 km şimal-şərqdə və “Neft Daşları” yatağının hasilat və emal qurğularından 33 km cənubda yerləşir.

JOCAP Əməliyyat Şirkətinin operator olduğu “Abşeron İHS” layihəsi SOCAR tərəfindən idarə olunan Neft Daşlarının qurğularına qoşulmuş bir quyudan (ABD-001) ibarətdir.

Bu quyudan ilk qazın çıxarılması 2023-cü ildə gözlənilir.

Caspian Barrel xatırladır ki, “Abşeron” yatağı üzrə SOCAR və Fransanın “Totalenergies” şirkətləri arasında Hasilatın pay Bölgüsü Sazişi 2009-cu ilin fevralında imzalanıb. 2011-ci ildə qazılmış kəşfiyyat quyusu ilə qaz-kondensat yatağı açılıb. 2012-ci ildə aparılan qiymətləndirmənin nəticələrinə görə, yataqda 350 milyard kubmetrdən az olmayan qaz ehtiyatının olduğu təsdiqlənib.

Tags: AbşeronJOCAP

Eyni kateqoriyadan Digər materiallar

TotalEnergies: В Азербайджане впервые в мире будет применена…
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Azərbaycan

SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

21/12/2023
TotalEnergies Announces Start of Production in the Absheron Gas Field in Azerbaijan
Azərbaycan

Bu il “Abşeron” yatağında qaz hasilatı 700 milyon kubmetri ötəcək

25/10/2023
Government separates “Shah Deniz” tax payments from other PSA contracts
Azərbaycan

Azərbaycan nəyin hesabına qaz hasilatını artırır?

12/09/2023
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin rəhbərini qəbul edib
Azərbaycan

SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin rəhbərini qəbul edib

01/09/2023
Ərəb şirkəti Azərbaycanın qaz hasilatı  layihəsinə daxil oldu
Azərbaycan

Ərəb şirkəti Azərbaycanın qaz hasilatı layihəsinə daxil oldu

04/08/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.