Cümə, Fevral 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bakı Enerji Həftəsinin proqramı açıqlanıb

24/05/2022
Bakı Enerji Həftəsinin proqramı açıqlanıb
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu il iyunun 1-dən 4-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək

“Report”un məlumatına görə, müasir zamanda enerji sahəsində mövcud tendensiyaları nəzərə alaraq, Azərbaycanda Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirdi – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.

Bu tədbirlərin keçirilməsi ilə bağlı təşkil olunmuş press-konfransda “İteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov bildirib ki, Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunur: “Bu il sərgilərdə və forumda öz iştirakını 30 ölkədən 249 şirkət iştirak edəcək. Ölkələr arasında: ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan var”.

O qeyd edib ki, tədbirə ənənəvi olaraq Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.

Qeyd edək ki, Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: “ACWA Power”, BP, “Equinor”, “Masdar”, “INPEX”, “Turkiye Petrolleri”, “Baker Hughes”, “Microsoft”, “PASHA Bank”, “TechnipFMC”, “Tenaris”, “TotalEnergies”, “Uniper”, “Azeri MI Drilling”, “AZFEN”, Baku Steel Company”, “Caspian Drilling”, “Caspian Marine Services Limited”, “Ernst & Young”, “Global Energy Azerbaijan Management”, “Tekfen”. İştirakçılar arasında “BOS Shelf”, “Gazprombank”, “Equinor”, “Schlumberger” və digər şirkətlər çıxış edəcək.

Bakı Enerji Həftəsinə yüksək rütbəli qonaqların gəlməyi gözlənilir:

Serbiya Respublikasının Baş nazirinin müavini (dağ-mədən sənayesi və energetika naziri), Moldovanın Baş nazirinin müavini (infrastruktur və regional inkişaf naziri), ABŞ-ın Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini, Avropa Komissiyasının Energetika üzrə Baş İdarənin direktoru, Rumıniya, Bolqarıstan, Qazaxıstanın energetika nazirləri, İran İslam Respublikasının neft naziri, Beynəlxalq Enerji Forumun baş katibi, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi, İtaliyanın Ekoloji keçid nazirliyinin dövlət katibinin müavini, İndoneziyanın neft və qazın baş direktoru (Energetika və Mineral Ehtiyatlar Nazirliyi), Hindistan Respublikasının Enerji Nazirliyinin əlavə katibi, İdarə Heyətinin üzvü və İcraçı direktor (Bulgargaz EAD), TANAP Konsorsiumunun baş direktoru.

Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramı çərcivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri (B2B) keçiriləcək. Aktual mövzuları əhatə edəcək sessiyalar keçiriləcək: “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər”, “Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti”, Energy Talks, Energy Talks sessiyaları: “Women in power”, «Bizimkilər», Müştərilər vs Təchizatçılar “Neft və Qaz bazarının tələbatında olunan təchizatçı necə olmaq olar”, “Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi”, “Neft sənayesində SƏTƏM idarəetməsi”. Həmçinin iştirakçı şirkətlərin təqdimatları da keçiriləcək.

Tags: Bakı Enerji Həftəsi

Eyni kateqoriyadan Digər materiallar

Bakı Enerji Həftəsi başlayıb
Azərbaycan

Bakı Enerji Həftəsi başlayıb

01/06/2022
Paytaxtda Bakı Enerji Həftəsi keçiriləcək
Azərbaycan

Paytaxtda Bakı Enerji Həftəsi keçiriləcək

13/01/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.