Çərşənbə axşamı, İyun 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azəriqaz”dan Usubovun istixanası ilə bağlı açıqlama

09/02/2022
“Azəriqaz” saxta möhürlü qaz sayğacları aşkar edib – Video
8
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azəriqaz” Raul Usubova məxsus istixanaya borc yazılmasına görə məhkəmə prosesini uduzdu.

“Qafqazinfo” həmin açıqlamanı təqdim edir:

“Bəzi Kütləvi İnformasiya Vasitələrində “Azəriqaz” İB ilə istixana sahibi arasında məhkəmə prosesi ilə bağlı məlumatlar dərc olunur və bu prosesdə qarşı tərəfin kimliyi məsələnin mahiyyətindən daha çox qabardılır. Bildiririk ki, məhkəmə predmeti olan mübahisələrdə abonentlərin məxfiliyi Birlik tərəfindən birmənalı olaraq qorunur.

“Azəriqaz” İB-nin abonentlərin qohumluq əlaqələrini təftiş etmək kimi niyyət və məqsədi yoxdur. Çünki şəxslərin kimliyi hansısa tərəfə əlahiddə üstünlük vermir. İstənilən mübahisələr məhkəmələrin çıxardığı qərarla tənzimlənir”.

Qeyd edək ki, bu gün “Kriminalqafqaz” portalında keçmiş daxili işlər naziri general-polkovnik Ramil Usubovun oğlu, Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinin rəisi polkovnik Raul Usubova məxsus istixana kompleksində külli miqdarda qaz borcu yaranması ilə bağlı xəbər yayımlanıb.

Məlumata görə, “Azəriqaz” tərəfindən Novxanıda yerləşən istixanada yoxlama aparılıb. Məlum olub ki, 1,48 hektarlıq ərazidə yerləşən və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün qurulan kompleks 61 min manata yaxın qaz sərfiyyatı edib.

Usubovlar məbləğin 11 min manata yaxın hissəsini ödəsə də, yerdə qalan məbləği ödəməkdən imtina ediblər.

Buna görə də “Azəriqaz” onlara qarşı məhkəmə iddiası qaldırıb və istixanaya qaz verilməsi dayandırılıb. Eyni zamanda Raul Usubov da məhkəmədə əks-iddia qaldıraraq borcun əsassız yerə yazıldığını qeyd edib.

“Azəriqaz”ın nümayəndəsi bildirib ki, laboratoriya yoxlaması zamanı sayğacda nasazlıq aşkarlanıb və itirilmiş qazın dəyəri 50 min manat hesablanıb. Bu borc sayğaca müdaxilə kimi deyil, itirilmiş qazın dəyəri əvəzinə hesablanıb.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim bu qənaətə gəlib ki, “Azəriqaz” qanunvericiliyin tələblərini pozmaqla ərazidə yoxlama aparıb və istixananın sayğacını xəbərdarlıq etmədən dəyişdirib. Hakim hesab edib ki, “Azəriqaz”ın apardığı yoxlama qanunsuzdur.

Məhkəmə Raul Usubovun iddiasını təmin edib və “Azəriqaz” tərəfindən yazılmış 50 min manatlıq borcun silinməsi barədə qərar çıxarıb.

Həmçinin, qərarda göstərilib ki, Raul Usubovun məhkəmə iddiası üçün ödədiyi 30 manat rüsum da “Azəriqaz”dan tutularaq ona qaytarılsın.

Tags: Azəriqaz

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.