Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın işçilərinə saxta PCR testi satan şirkət direktoru azadlığa buraxılıb

25/01/2022
SOCAR-ın işçilərinə saxta PCR testi satan şirkət direktoru azadlığa buraxılıb
6
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR Construction” şirkətinin Rusiyaya gedən 101 əməkdaşının adına COVID-19 üçün saxta PCR test nəticələri hazırlayan MMC direktoru məhkəmə zalından azadlığa buraxılıb.

“Kriminalqafqaz” xəbər verir ki, turizm sahəsində fəaliyyət göstərən “ƏSR” MMC-nin direktoru Əsgər Bayramov “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva ilə əlbir olaraq 101 nəfərdən 12 min 120 manat alaraq saxta test nəticələri hazırlamaqda ittiham olunur.

Əsgər Bayramov məhkəmədə ifadəsində bildirib ki, şirkətin “Instagram” hesabına yerləşdirdiyi reklam vasitəsilə Rusiyada yaşayan Seymur Mürsəlovla tanış olub: “Seymur özünü “SOCAR”ın Rusiya Federasiyasında işləyən nümayəndəsi kimi təqdim etdi. Mayın 16-ı saat 21 üçün 101 nəfər Gəncə-Sank-Peterburq reysinə elektron biletlər aldığını dedi. Lakin vaxtın az olması səbəbindən həmin şəxslərin uçuşa buraxılmaları üçün faktiki olaraq tibb müəssisəsinə getmədən adlarına COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədlər lazım olduğunu bildirdi. Buna görə mənim kömək etmək imkanımın olub-olmadığını soruşdu. Mən bu məsələ ilə əlaqədar tanışlardan maraqlanacağımı dedim”.

Ə.Bayramov qeyd edib ki, Rusiya istiqamətində turizm xidməti göstərən “ARKAN GROUP MMC”nin direktoru Sara kimi tanıdığı, lakin əsl adı Tünzalə Əliyeva olan şəxslə əlaqə saxlayıb: “Tünzalə Əliyeva hər adam sayına görə 120 manat müqabilində faktiki olaraq test verməməklərinə baxmayaraq “Oxygen” və “Leyla Medical Center” klinikalarında uçuşlar üçün neqativ nəticəli test cavabları ala biləcəyini, həmin sənədlərin “TƏBİB”in elektron sistemdən qeydiyyatdan keçirələcəyini dedi.

Bunun üçün vatsap sosial şəbəkəsindən biletləri alınmış şəxslərin xarici pasport şəkillərinin göndərməsini istədi. Dedi ki, sənədləşmə başa çatdıqdan və adamlar uçuşa başladıqdan sonra mənə də hörmət edəcək. Bu barədə Seymura məlumat verdim və o da 96 nəfərin pasport şəkillərini göndərdi, mən də onları Tünzaləyə göndərdim. Həmin gün Seymurun tanışı ilə görüşüb 7300 dollar aldım. Sonra həmin pulu Tünzalənin tanışı ilə görüşərək həmin şəxsə verdim. O isə 96 nəfərin test nəticələrini mənə təqdim etdi. Ardınca Seymura zəng edib sənədlərin məndə olduğunu dedim və təkrar onun tanışı ilə görüşüb nəticələri həmin adama verdim.

Mayın 18-i səhər saatlarında Seymur Mürsəlov zəng edərək 96 nəfərin adına verilmiş test nəticələrinin saxta olduğu üçün, yəni “TƏBİB”in elektron sistemində aşkar olunmaması səbəbindən uçuşun baş tutmadığını dedi. Buna görə də verilmiş pulun qaytarılmasını tələb etdi”.

Ə.Bayramov əməlindən peşman olduğunu bildirib və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edib.

“Həmin uçuşla Rusiyaya getmək istəyən şahidlərdən biri məhkəmədə deyib ki, mayın 6-da “SOCAR Construction” şirkətinin Rusiya Federasiyası İrkutsk şəhərində tikilən zavodunda boru montajı üçün işçi qrupu yığılması və iş yoldaşının da Rusiyaya getməyə hazırlaşdığını öyrənib: “Davud Məmmədovla əlaqə saxlayaraq həmin işlə bağlı Rusiyaya getmək istədiyimi dedim. Daha sonra görüşdükdə Davud Məmmədov bildirdi ki, Rusiya Federasiyası İrkutsk şəhərində tikilən zavodda müəyyən işlərin görülməsi üçün işçi qrupu yığılır, həmin işçi qrupunun təyyarə ilə uçuş biletlərinin alınmasının maliyələşdirilməsi “SOCAR Construction” şirkəti tərəfindən həyata keçiriləcək. İşə görə yüksək əmək haqqı ödənilirdi, hər iş saatına görə 5 dollar verilirdi. Buna görə Rusiyaya getməyə razılıq verdim və Davud Məmmədovun tələbinə əsasən xarici pasportumun fotoşəklini onun mobil nömrəsinə “whatsapp” sosial şəbəkəsi ilə göndərdim”.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Əsgər Bayramov saxta sənəd düzəltməkdə ittiham edilərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun həbsdə saxlanıldığı 3 ay 25 günlük müddətin ona təyin olunmuş cəza müddətini əhatə etdiyi qənaətinə gəlinib.

Bununla da, Əsgər Bayramov islah işləri cəzasını faktiki çəkmiş hesab edilib və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O məhkəmə zalından azadlığa buraxılıb.

kriminalqafqaz.az

Tags: PCR testSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.