Cümə, İyul 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azərişıq” Kommunikasiya Strategiyası hazırlayıb

19/01/2022
“Azərişıq” Kommunikasiya Strategiyası hazırlayıb
5
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azərişıq” ASC “Deloitte” şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyası tərtib edib.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumatda deyilir ki, səhmdar cəmiyyətinin əsas prioritetlərindən biri vətəndaşların enerji təchizatı şəbəkəsinə qoşulması prosesini sadələşdirmək və onların olduğu ünvanı tərk etmədən səmərəli şəkildə müraciət etmək imkanını yaratmaq olub. Bu məqsədlə pandemiya dövründə hərəkət məhdudiyyəti zamanı sahibkarların online qaydada Elektron Müraciətlərin İdarə Olunması Sistemi vasitəsi ilə müraciət etmək imkanlarının olması onların enerji təchizatı şəbəkəsinə qoşulmasını asanlaşdırıb.

Belə ki, vətəndaşlar E-GOV (elektron hökümət portalı), e-service.azerishiq.az saytından onlayn qaydada müraciət etməklə obyektini elektrik enerjisi ilə təmin edə bilər. Eyni zamanda “Azərişıq” Elektron Hökumət Portalına “Əhali istehlakçılarının ad dəyişdirilməsi”, “Borcun olmaması haqqında arayışın verilməsi” və sairə kimi xidmətləri inteqrasiya edib və yaxın zamanlarda bir çox xidmətlərin də inteqrasiyası nəzərdə tutulub.

“Azərişığ”ın da təmsil olunduğu Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elektrik Təchizatı Şəbəkəsinə Qoşulma” üzrə İşçi qrupunun əsas məqsədi ölkədə effektiv biznes mühitini formalaşdırmaq, beynəlxalq reytinqlərdə və enerji əlçatanlığında onun mövqeyini yüksəltməkdir. Bu məqsədlə İşçi qrupu 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyasının hazırlanmasını qərara alıb. Həmin qərarın icrası ilə əlaqədar olaraq Kommunikasiya Strategiyası tərtib edilib. Strategiya maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, Cəmiyyətin həyata keçirdiyi yeniliklərlə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur.

Yeniliklərlə bağlı vətəndaşların maarifləndirilməsi istiqamətində mütəmadi olaraq enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar olaraq sahibkarlar ilə görüşlər, pressturlar keçirilir və yeniliklərlə bağlı məlumatlar verilməkdədir. Eyni zamanda 199 Çağrı Mərkəzində vətəndaş problemlərinin şəffaf şəkildə həll olunması ardıcıllığının təmin olunması məqsədi ilə “ticketing” sistemi yaradılıb. Bu da vətəndaş müraciətlərinin aidiyyəti üzrə şöbələrə yönləndirilərək səmərəli şəkildə cavablandırılmasına kömək göstərir.

“Azərişıq” Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət indeksi” üzrə qiymətləndirməsində kommunal xidmətlər arasında birinci yerə layiq görülüb. Aparılmış islahatlar nəticəsində 2021-ci il ərzində onlayn müraciətlərin sayında 2020-ci ilə nisbətdə xeyli artım müşahidə olunub.

Tags: Azərişıq

Eyni kateqoriyadan Digər materiallar

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təchiz edib
Azərbaycan

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təchiz edib

06/01/2023
Şamaxıda iki kəndin elektrik şəbəkəsi yenidən qurulub
Azərbaycan

Şamaxıda iki kəndin elektrik şəbəkəsi yenidən qurulub

23/11/2022
“Azərişıq” 11 milyon manatlıq 4 tenderə yekun vurub
Azərbaycan

“Azərişıq” 11 milyon manatlıq 4 tenderə yekun vurub

03/10/2022
“Azərişıq” Qarabağdakı abonentlərinin sayını açıqlayıb
Azərbaycan

“Azərişıq” Qarabağdakı abonentlərinin sayını açıqlayıb

27/07/2022
“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın baş verib
Azərbaycan

“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın baş verib

17/03/2022
“Azərişıq” Zəngilan aeroportunu enerji ilə təmin etməyə hazırlaşır
Azərbaycan

“Azərişıq” Zəngilan aeroportunu enerji ilə təmin etməyə hazırlaşır

01/03/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.