Çərşənbə, Fevral 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Pərviz Şahbazov: “Azərbaycan Türkiyəyə 85 milyard kubmetrdən çox təbii qaz ixrac edib”

22/12/2021
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib.

“Qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 milyard kubmetr təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb”, – nazir bildirib.

P. Şahbazov “STAR” Neft Emalı Zavodu, “Petkim” kimi layihələrin timsalında ölkəmizin Türkiyədəki investisiya fəaliyyətinə toxunaraq bildirib ki: “Azərbaycanın Türkiyədəki sərmayəsi 19 milyard ABŞ dollarından çoxdur. Prezident İlham Əliyevin ifadə etdiyi kimi ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər investisiya qoyula bilər”.

Nazir Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunu zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyən platforma kimi qiymətləndirib. P. Şahbazov təhlükəsizliyi, inkişafı və tərəqqini təmin edən Azərbaycan-Türkiyə birliyinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə regionda yeni geosiyasi reallıqların və inkişaf proseslərinin aparıcı faktoru olduğu bildirilib.

Qeyd edək ki, 1-ci Enerji Forumu Azərbaycan və Türkiyə arasında mövcud enerji əməkdaşlığının genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilərək onların konkret layihələr vasitəsilə reallaşdırılmasını hədəfləyir.

Forumdan öncə həmsədrlər arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında möhkəmlənən sıx münasibətlərdən danışılıb, energetika sahəsində əməkdaşlığın inkişafı perspektivlərindən bəhs edilib.

Tags: AzərbaycanPərviz ŞahbazovTürkiyə

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?
Azərbaycan

İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?

11/03/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.