Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR: “Gürcüstana ixrac edilən qazın qiyməti daxili qiymətdən xeyli yüksəkdir”

02/11/2021
SOCAR: “Gürcüstana ixrac edilən qazın qiyməti daxili qiymətdən xeyli yüksəkdir”
16
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana ixrac etdiyi təbii qazın qiyməti əslində qeyd edilən qiymətdən hazırda xeyli yüksəkdir”.

İbrahim Əhmədov

Bunu “Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O, bu barədə bu gün sosial şəbəkələrin gündəmində olan məsələlərdən birinə – Azərbaycanda əhaliyə satılan qazın qiymətinin guya SOCAR-ın Gürcüstana satdığı qazın qiymətindən yüksək olması ilə bağlı səslənən iddialara münasibət bildirərkən danışıb.

Belə iddia olunur ki, Azərbaycanda əhaliyə satılan 1 000 kubmetr qazın tarifləri 70,5 ABŞ dolları, 118 ABŞ dolları və 147 ABŞ dolları olduğu halda, Gürcüstana satılan qazın qiyməti daxili tariflərin yuxarı həddindən aşağıdır və cəmi 92 ABŞ dolları təşkil edir. Həmçinin iddialara görə, bp şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxardığı və ödənişsiz SOCAR-a verdiyi səmt qazının hesabına ölkə tələbatının 40%-i pulsuz qazla təmin edilə bilər.

İ. Əhmədovun sözlərinə görə, ixrac olunan qazın topdansatış qiyməti müvafiq razılaşdırılmış düstur əsasında dəyişir: “Bu qiymətin üzərinə qazpaylayıcı şəbəkələrin xərcləri də gələndə hazırda Gürcüstan əhalisi üçün qüvvədə olan tarif – yəni 1 000 kubmetr qaz üçün 180 dollar – hasil olur. Bu da iddia olunan 92 dollar qiymətindən iki dəfə yüksəkdir. Gürcüstanda kommersiya təyinatlı qurumlar üçün topdansatış və parəkandə satış qiymətləri daha yüksəkdir və hər 1 000 kubmetr üçün, müvafiq olaraq, 190 və 360 dollar təşkil edir. Daha uzaq ölkələrə ixrac etdiyimiz təbii qazın qiyməti isə daha da yüksəkdir”.

SOCAR rəsmisi eyni zamanda qeyd edib ki, Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli qərarı ilə bu ildən etibarən ölkə daxilində təbii qazın istehsalçılardan satın alınması, nəqli, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkili ilə “Azərkontrakt” ASC məşğul olıur: “Yəni, istər bp, istərsə də digər şirkətlərdən və o cümlədən SOCAR-dan qazın əldə olunmasının haqq-hesabı “Azərkontrakt”a aid olan məsələdir. SOCAR-ın artıq bu haqq-hesaba aidiyyəti yoxdur”.

İ. Əhmədov bildirib ki, ancaq ötən ilə nəzər salsaq da, görərik ki, bp-nin Azərbaycana təhvil verdiyi səmt qazının həcmi 2,2 milyard kubmetr olub: “Azərbaycanın daxili qaz istehlakı isə 2020-ci ildə 12 milyard kubmetr təşkil edib. Yəni bp vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlarından alınan qaz ümumi daxili istehlakın 40 faizini deyil, 18 faizini təşkil edir. bp-dən əldə edilən qazın yalnız hasilat xərci sıfıra bərabər olub, ancaq qazın təmizlənməsi, daşınması, saxlanılması, ölkə ərazisində paylanması – boru kəmərlərinə xidmət, enerji sərfiyyatı, vergi, inzibati xərcləri kimi digər məsrəflər öz yerindədir. Sadəcə “Azəri-Çıraq-Günəşli”dən əldə edilən səmt qazının ümumi maya dəyəri digər mənbələrdən əldə edilən təbii qazın maya dəyəri ilə müqayisədə kifayət qədər aşağı olub”.

Qurum rəsmisi qeyd edib ki, bu gün SOCAR Azərbaycanda təbii qazı hasil edən yeganə şirkət deyil, istehsalçı şirkətlərdən biridir: “Azərkontrakt” isə təbii qazı müxtəlif şərtlərlə SOCAR, bp və digər şirkətlərdən alır, elektrik enerji istehsalçılarına, qazpaylayıcı şəbəkələrə topdansatış qiyməti ilə satır və aldığı qazın qiyməti, mənbəyindən asılı olaraq, dəyişir”.

Tags: Gürcüstanİbrahim ƏhmədovSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.