Şənbə, Oktyabr 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-da bp-nin prezidenti ilə görüş keçirilib – FOTO

11/11/2021
SOCAR-da bp-nin prezidenti ilə görüş keçirilib – FOTO
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Noyabrın 11-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev bp qrupunun baş icraçı direktoru Bernard Luninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bp nümayəndələri ilə görüşünün əhəmiyyətini vurğulayan Rövnəq Abdullayev, iki şirkət arasında əlaqələrin müsbət dinamikasından söz açıb. Pandemiyanın müsbətə doğru dəyişdiyi nəzərə alınaraq, bir sıra birgə layihələrin daha da sürətləndirilməsi imkanlarının ətraflı müzakirə edildiyi görüşdə xüsusi olaraq, mövcud yataqların dayanıqlı şəkildə işlənməsini təmin etmək, yeni yataqların kəşf olunması istiqamətində birgə səyləri, eləcə də hər iki şirkətin pay sahibi olduğu boru kəmərlərinin istismarını səmərəli şəkildə davam etdirmək kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə bildirilib ki, uzun illər Azərbaycanla əməkdaşlıq edən bp şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir. Cənub Qaz Dəhlizi kimi olduqca mürəkkəb və nəhəng bir layihənin SOCAR və bp şirkətləri tərəfindən vaxtında, qrafikə uyğun olaraq, yüksək keyfiyyətlə və smetadan aşağı qiymətə tamamlanması beynəlxalq miqyaslı bir nümunə kimi qiymətləndirilib.

bp qrupunun baş icraçı direktoru Bernard Luni rəhbərlik etdiyi şirkətin Azərbaycan və SOCAR ilə münasibətlərinin çox sıx, səmimi və səmərəli olduğunu, qarşılıqlı səylərlə yaranmış əməkdaşlıq modelinin ən yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin 30 ilə yaxın, “Şahdəniz” layihəsinin 20 il müddətində uğurla davam etdirilməsi, “Əsrin müqaviləsi” üzrə 4 milyard barel neftin çıxarılması bu davamlı və səmərəli münasibətlərin parlaq təzahürüdür. bp-nin prezidenti biznes əlaqələrinin davam etdirilməsində, hasilatın stabil saxlanılmasında və artırılmasında, eləcə də yeni yataqların kəşfi istiqamətində səylərin bundan sonra da davam etdirilməsi əzmində olduqlarını, bunun üçün həm iradə, həm də geniş resursların mövcud olduğunu vurğulayıb. Qonaq həmçinin, Azərbaycanla əməkdaşlığı daim şirkətin dayağı olduğunu, bu əməkdaşlığın daha da genişləndirilməsinin bp-nin biznes maraqları ilə uzlaşdığını nəzərə çatdırıb.

Xatırladaq ki, BP və tərəfdaşları Azərbaycanda ilk Hasilatın Pay Bölgüsü Sazişini SOCAR-la 1994-cü ildə ”Azəri”, ”Çıraq” yataqlarının və ”Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalayıblar. Saziş üzrə hasilat 1997-ci ildə başlamış və həmin vaxtdan etibarən bu yataqlardan, ümumilikdə, 4 milyard bareldən artıq neft hasil edilmişdir. 2017-ci ildə SOCAR və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən tərtib olunmuş HPBS-i imzalamış, bununla da həmin sazişin müddətini 2049-cu ilin sonuna qədər uzadılmışdır. SOCAR və bp “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, habelə Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinə daxil olan boru kəmərləri layihələrində tərəfdaşlıq edirlər. Son dövrdə iki şirkət arasında əməkdaşlıq daha da genişlənərək, “Şəfəq-Asiman” yataqlarında, eləcə də Abşeron yarımadasının dayazsulu hissəsində aparılan yeni kəşfiyyat layihələrini də əhatə etmişdir.

socar.az


Tags: BPSOCAR

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.