Cümə, May 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Pərviz Şahbazov: “Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq bazarda sabitlik üçün əhəmiyyətlidir”

11/11/2021
Pərviz Şahbazov: “Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq bazarda sabitlik üçün əhəmiyyətlidir”
4
BAXIŞ
Share on FacebookShare on Twitter

“Neft qarşıdakı onilliklər ərzində əsas enerji mənbəyi olaraq qalacaq”.

“Report” xəbər verir ki, bunu “Asharq Al-Awsat” nəşrinə müsahibəsində energetika naziri Pərviz Şahbazov bildirib.

Bununla belə, onun sözlərinə görə, dünyanın gələcəyi “qarışıq enerji” konsepti çərçivəsində olacaq.

Nazir əlavə edib ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və onun müttəfiqlərinin səyləri qlobal enerji bazarlarının tənzimlənməsinə kömək edib.

P.Şahbazov Azərbaycanın Səudiyyə Ərəbistanı ilə strateji əməkdaşlığı gücləndirmək niyyətində olduğunu da deyib və bildirib ki, bu, bir neçə iqtisadi sahəni əhatə edə, iki ölkə arasında iqtisadi əməkdaşlığı, xüsusən də enerji sahəsində əməkdaşlığı gücləndirə bilər:

“Səudiyyə Ərəbistanı və Azərbaycan bərpa olunan enerji ilə bağlı bir sıra layihələrdə iştirak edəcək. Biz Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi üçün müqavilə imzalamışıq. Bu, təkcə Azərbaycanda deyil, həm də bütün region ölkələrində bərpa olunan enerji mənbələrinin inkişafı baxımından vacibdir”.

P.Şahbazov əlavə edib ki, rəsmi Bakı Ər-Riyadla qaz sahəsində də əməkdaşlığa diqqət yetirir: “Bizim qaz sektorunda və qaz enerjisinin istehsalı sahəsində əməkdaşlıq etmək istəyimiz var ki, bu da yaxın vaxtlarda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kanallardan biri olacaq”.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan və Səudiyyə Ərəbistanı əvvəllər müxtəlif ticarət, diplomatik və siyasi sazişlər imzalayıblar ki, əlavə danışıqlar və məsləhətləşmələr vasitəsilə bunları daha gücləndirməyə ehtiyac var.

“İki ölkənin neft-qaz sahəsində əməkdaşlığı qlobal neft və qaz bazarlarının sabitliyi üçün həyati əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanı qlobal bazar tarazlığının möhkəmləndirilməsində və enerji qiymətlərinin sabitləşdirilməsində onilliklər boyu xüsusi rol oynayıb”, – P.Şahbazov əlavə edib.

Tags: Pərviz ŞahbazovSəudiyyə Ərəbistan

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.