Bazar ertəsi, Dekabr 8, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Pərviz Şahbazov: “Neft qiymətlərinin 60-70 dollar olması bizə məqbuldur”

03/11/2021
Pərviz Şahbazov: “Neft qiymətlərinin 60-70 dollar olması bizə məqbuldur”
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan OPEC+ istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcəyini bildirib.

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Biz hesab edirik ki, bu, sabitliyi qorumaq üçün ən optimal qərar olardı”, – nazir əlavə edib.

O, belə bir artımın bazar dəyişkənliyinin qarşısını almağa kömək edəcəyini bildirib:

“ABŞ, Hindistan və Yaponiya kimi əsas neft istehlakçıları Neft İxrac Edən Ölkələr Təşkilatını və onun tərəfdaşlarını, o cümlədən Rusiya və Azərbaycanı ötən il pandemiya zamanı razılaşdırılmış dərin ixtisarlardan sonra hasilatı daha sürətli artırmağa çağırır. Kartelin enerji nazirləri cümə axşamı görüşəcək”.

Hasilatın daha sürətli artırılması ilə bağlı artan çağırışları şərh edən P.Şahbazov bildirib ki, istehsalın artırılması ilə bağlı istənilən qərar iqtisadi səbəblərə və bazarın hərtərəfli araşdırılmasına əsaslanmalıdır.

O qeyd edib ki, Avropada təbii qazın son yüksək qiymətləri neft məhsullarına tələbi artırsa da, artım hər rüb gündə 300-400 min bareldən çox deyil.

“Biz tələbatda kəskin artım müşahidə etmirik, çünki elektrik enerjisi istehsalçıları təbii qazı əvəz etmək üçün həmişə neft məhsullarını seçmirlər. Onlar həmçinin nüvə enerjisindən və kömürdən istifadə edirlər”- P. Şahbazov bildirib.

Nazirin fikrincə, neftin qiymətinin bir barel üçün 60-70 ABŞ dolları civarında olması Azərbaycan və həmçinin dünya iqtisadiyyatı üçün məqbul ola bilər. Qlobal benchmark “Brent” markalı neftin bir bareli hazırda 83 ABŞ dolları ətrafında satılır.

“Bizə çox yüksək qiymətlər lazım deyil. Ola bilsin ki, qiymətlər bu gün bir qədər yüksəkdir, amma gördüyünüz kimi, OPEC+ hər ay hasilatı artırır. Düşünürəm ki, bu, qiymətlərə təsir edəcək”, – P. Şahbazov qeyd edib.

Keçmiş Sovet İttifaqında Rusiya və Qazaxıstandan sonra üçüncü ən böyük neft istehsalçısı olan Azərbaycanın hasilatı on il əvvəl gündəlik təxminən 1 milyon bareldən bu il təxminən 700 min barelə qədər azalıb. Şahbazov qeyd edib ki, Xəzər regionunda yeni neft layihələrinin icrasına başlandıqdan sonra ölkə növbəti onilliklərdə hasilatı sabit saxlayacağını gözləyir.

Tags: BloombergOPECPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

10/03/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”
Azərbaycan

OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”

22/05/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.