Cümə, May 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Elnur Soltanov: “Azərbaycan 2050-ci ilədək istixana qazı emissiyalarını 40 %-dək azaldacaq”

12/11/2021
Elnur Soltanov: “Azərbaycan 2050-ci ilədək istixana qazı emissiyalarını 40 %-dək azaldacaq”
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusuna həsr olunmuş “Dubay Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycanın Energetika Nazirliyi tərəfindən bərpa olunan enerji sahəsinə dair konfrans təşkil olunub.

“Report”un Nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycanda “yaşıl enerji” sahəsinə xarici sərmayələrin cəlb edilməsi məqsədilə keçirilən bu tədbirdə iştirak edən investorlara ölkəmizin bərpa olunan enerji potensialı, sahə üzrə strateji hədəflər, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, özəl sektorla əməkdaşlıq üçün yaradılmış imkanlar haqqında məlumat verilib.

Tədbirdə salamlama nitqi ilə çıxış edən energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, enerji və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı çağırışların enerji sektorunu təxirəsalınmaz dəyişikliklərlə üz-üzə qoyduğu bu dövrdə dövlət və özəl sektoru, maliyyə institutlarını, beynəlxalq təşkilatları və digər maraqlı tərəfləri əhatə edən çoxtərəfli əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Nazir müavini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı sessiyasında ölkəmizin yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 %-ədək azaldılması ilə bağlı əlavə könüllü öhdəlik götürdüyü haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aydın, uzunmüddətli dayanıqlı inkişafa əsaslanan baxışlarını əks etdirən strateji hədəflərin sırasında ölkəmizin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerjinin payının növbəti onillik ərzində 30 %-ə çatdırılmasının da yer aldığını bildirib. Qeyd edilib ki, 1 500 meqavatlıq yeni istehsal güclərinin istismara verilməsini nəzərdə tutan bu hədəfə nail olmaq üçün müəyyənləşdirilmiş əsas prioritetlərdən biri bu sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbidir”, – məlumatda deyilir.

Daha sonra Energetika Nazirliyinin əməkdaşları tərəfindən ölkəmizdə “yaşıl elektrik enerjisi” istehsalının təşviq edilməsi üçün dəstək mexanizmləri, investisiyaların cəlbinə hesablanmış normativ sənədlər, yaxın gələcəkdə təşkil edilməsi nəzərdə tutulan bərpa olunan enerji hərracları haqqında məlumatlara dair video və təqdimat nümayiş etdirilib. Erməni işğalından azad edilmiş ərazilərimizin “yaşıl enerji zonası” elan edildiyi, Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə bu zonanın yaradılması üzrə müfəssəl Konsepsiya layihəsinin hazırlandığı və müvafiq Baş Planın hazırlanmaqda olduğu diqqətə çatdırılıb. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”dən maksimum istifadə hədəfləri və planlarının özəl sektorla əməkdaşlıq üçün açılan imkanları daha da genişləndirdiyi bildirilib.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi, bp, “Acwa Power” və “Masdar” şirkətlərinin nümayəndələri tərəfindən isə Azərbaycanda bərpa olunan enerji sahəsində mövcud investisiya mühiti haqqında təqdimatlar nümayiş olunub, ölkəmizdə özəl investisiya hesabına reallaşdırılması planlaşdırılan sənaye miqyaslı külək və günəş enerjisi layihələrinə dair ətraflı məlumat verilib.

Tədbirin sonuncu sessiyasında məruzəçilər tərəfindən iştirakçıların mövzu ətrafında sualları cavablandırılıb.

İki saat davam edən konfransdan sonra tədbir iştirakçıları ilə birlikdə 2 000 kvadratmetrdən çox ərazini əhatə edən “Gələcəyin toxumları” adlı Azərbaycan pavilyonu ziyarət edilib, burada nümayiş olunan texnoloji güllər, beş rəqəmsal ağacdan ibarət texnoloji meşə, multifunksional interaktiv masa instalyasiyası və digər innovativ texnologiyalar vasitəsilə ölkəmiz haqqında məlumatlarla tanış olunub.

Tədbir çərçivəsində, həmçinin bir sıra şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Tags: Elnur Soltanov

Eyni kateqoriyadan Digər materiallar

BP Qarabağda 11 kiçik su elektrik stansiyasını bərpa edəcək
Azərbaycan

BP Qarabağda 11 kiçik su elektrik stansiyasını bərpa edəcək

02/11/2022
Elnur Soltanov: “Azərbaycan alternativ enerji ilə qonşu ölkələri də təmin edəcək”
Azərbaycan

Elnur Soltanov: “Azərbaycan alternativ enerji ilə qonşu ölkələri də təmin edəcək”

06/10/2022
Bakı ətrafında gücü 2400 MVt olan alternativ enerji mənbələrinin yaradılması planlaşdırılır
Azərbaycan

Bakı ətrafında gücü 2400 MVt olan alternativ enerji mənbələrinin yaradılması planlaşdırılır

06/04/2022
Yaxın perspektivdə Azərbaycanın neft-qaz məhsulu ixracının artımı gözlənilir
Azərbaycan

Yaxın perspektivdə Azərbaycanın neft-qaz məhsulu ixracının artımı gözlənilir

31/03/2022
Acwa Power şirkəti küləkdən aldığı enerjini Azərbaycana neçəyə satacaq? – VIDEO
Azərbaycan

Acwa Power şirkəti küləkdən aldığı enerjini Azərbaycana neçəyə satacaq? – VIDEO

15/01/2022
Nazir müavini: “Qarabağın qaz təminatı 4 mərhələdə həyata keçiriləcək”
Azərbaycan

Nazir müavini: “Qarabağın qaz təminatı 4 mərhələdə həyata keçiriləcək”

20/10/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.