Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkətiin (SOCAR) ixrac etdiyi neft-qaz emalı və neft-kimya məhsullarının da həcmi nəzərəçarpacaq dərəcədə yüksəlib.
“Report”un SOCAR-ın üçüncü rüb üzrə hesabatına istinadən verdiyi məlumata görə, SOCAR Azərbaycandan təqribən 1,1 milyon ton həcmində, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 88 % çox neft emalı və neft-kimya məhsulları ixrac edib. Bu artımda Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın yüksəlməsi mühüm rol oynayıb.
Bununla yanaşı, yüksək təzyiqli polietilen, mütləqləşdirilmiş izopropil spirti və karbamid kimi kimya məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınıb.