Şənbə, İyul 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-da “Baker Hughes” şirkətinin rəqamsal həllər sahəsi üzrə rəhbərləri ilə görüş keçirilmişdir – FOTO

20/10/2021
SOCAR-da “Baker Hughes” şirkətinin rəqamsal həllər sahəsi üzrə rəhbərləri ilə görüş keçirilmişdir – FOTO
17
BAXIŞ
Share on FacebookShare on Twitter

Oktyabrın 20-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev neft və qaz sənayesində texnoloji xidmətlər sahəsində dünya liderlərindən olan Baker Hughes şirkətinin rəqəmsal həllər (Digital Solutions) üzrə prezidenti və içraçı direktoru Rami Qasemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

2019-cu ildə tərəflər arasında keçirilmiş müzakirələrdə toxunulan məsələlər üzrə ötən müddətdə görülmüş işlərdən danışılmış, SOCAR-da rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə Şirkətin 2035-ci ilə qədər Korporativ Strateqiyasına uyğun atılacaq növbəti addımlar haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin SOCAR-ın mövcud investisiyalarına əsaslanan icra strategiyasının əsas elementi kimi aktivlərin idarə olunması üzrə həllər sahəsində tərəfdaşlığın perspektivlərinə toxunulmuş, bildirilmişdir ki, iki şirkət arasında rəqəmsal transformasiya, sıfır emissiya və karbon neytrallığı kimi aktual istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Baker Hughes-un nümayəndələri tərəfindən keçirilmiş qısa təqdimatda şirkətin yeni enerji erasına transformasiya üzrə müştərilərinə göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Baker Hughes-un təklif etdiyi yüksək effektli texnologiyların tətbiqi enerji əməliyyatları zamanı tullantıların azaldılmasına, neft-qaz yataqlarında əməliyyatların daha təmiz, təhlükəsiz və səmərəli aparılmasına əlverişli imkanlar yaradır. Eyni zamanda Sənaye 4.0 və qlobal miqyaslı dekarbonizasiya erasında ehtiyac duyulan texnoloji həllərin kompleks şəkildə tətbiqi vasitəsi ilə karbon emissiyası sıfıra endirilir ki, bu da ətraf mühitin mühafizəsinə əhəmiyyətli töhfədir.

Qeyd edək ki, Baker Hughes Azərbaycanda 1990-cı ildə fəaliyyətə başlamışdır. Şirkət SOCAR-la yanaşı, bp, TOTAL, Equinor şirkətləri, eləcə də SOCAR-ın Caspian Drilling Company birgə müəssisəsi ilə əməkdaşlıq edir. Azərbaycanda bu şirkətin 4 məhsul növündən – neft xidmətləri, neft avadanlıqları, turbo maşın və proses həlli, və rəqəmsal həllər məhsullarından istifadə olunur.

Hazırda neft və qaz sektorunda avadanlıq, xidmət və rəqəmsal həllər üzrə kompleks fəaliyyət göstərən Baker Hughes müştərilərinə karbohidrogenlərin daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə, ətraf mühitə daha çox qayğı göstərməklə nəql olunmasında yardım edir.

socar.az

Tags: Baker HughesSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.