Şənbə, İyul 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Bakı neft emalı zavodundan gələn uğultuya aydınlıq gətirdi

27/10/2021
SOCAR Bakı neft emalı zavodundan gələn uğultuya aydınlıq gətirdi
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Heydər Əliyev adına NEZ-də modernizasiya və sazlama prosesində yaranan yüksək səslər təhlükə mənbəyi deyil

Caspian Barrel-ə SOCAR-dan verilən məlumata görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda  aparılan inşaat və moderinizasiya işlərinin hazırki mərhələsi yekunlaşmaq üzrədir.

Artıq bir sıra qurğularda, ümumi zavod instrastrukturu və xəttlərində ilkin sazlama işlərinə start verilmiş, istismara buraxılması nəzərdə tutulan boruların təmizlənməsinə başlanılmışdır.

Bu əməliyyatlar sıxılmış hava ilə aparılır və bəzən 4-5 atmosfer təzyiqə yüksəlmiş hava anidən borudan kənara buraxılaraq yüksək səs və uğultu yaradır. Bəzi hallarda isə daha yüksək – partlayışa bənzər səslərin eşidilməsi qaçılmaz olacaqdır. Bu işlərin 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir.

Eyni zamanda 2022-ci ilin yanvar ayının ortalarından aprel ayının sonuna qədər bəzi xəttlər yüksək təzyiqli su buxarı ilə təmizlənəcəkdir. Bu əməliyyat zamanı isə xəttlərə səs boğucular yerləşdirilcəkdir. Lakin səs boğucuları patlayışa bənzər yüksək səslərin azaldılmasına və tam aradan qaldırılmasına yetməyə bilər.

SOCAR bildirir ki, bu əməliyyatlar Neft Emalı Zavodunun ərazisi yaxınlığında hərəkət edən insanlar üçün hər hansı təhlükə yaratmır. Odur ki, SOCAR əməliyyatlar nəticəsində əmələ gələn yüksək səsləri eşidən insanları təşvişə düşməməyə çağırır.

Həmçinin, müvəqqəti narahatlığa görə, Heydər Əliyev adına NEZ-in yaxınlığında hərəkət edən və çalışan insanlardan üzr istədiyini bəyan edir.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.

Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Qrafikə əsasən NEZ-də Avro 5 tələblərinə cavab verən dizel yanacağı istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı mərhələdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə Avro-5 standartına çatdırılması planlaşdırılır.

SOCAR zavodda aparılan moderinizasiya və yenidənqurma işlərinin paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcəyini söyləyir.

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.