Cümə, Sentyabr 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib – FOTO

24/10/2021
Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib – FOTO
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun dəvəti ilə Ər-Riyad şəhərində keçirilən “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində məruzəçi qismində iştirak edib. Hökumət, biznes, maliyyə və vətəndaş cəmiyyəti liderlərinin qatıldığı “Yeni fəaliyyət dövrü: canlı vahə” (“A new era of action: Oasis alive”) adı altında keçirilən tədbirdə iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması, yaşıl iqtisadiyyat, enerji keçidi, aşağı emissiyalı sənaye texnologiyalarının tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, hidrogendən enerji məqsədli istifadə kimi bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Bu barədə “Report”a Energetika Nazirliyindən bildirilib.

“Dayanıqlılıq və iqtisadi inkişaf” adlı nazirlər panelində çıxış edən Pərviz Şahbazov ekoloji, enerji və iqtisadi dayanıqlılıq arasında balansın təmin olunmasının vacibliyini vurğulayıb. Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin inkişafının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər sırasına daxil edildiyini bildirən nazir, növbəti onillik ərzində ölkəmizdə “yaşıl enerji” üzrə qoyuluş güclərinin payının 30%-a çatdırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Çıxış zamanı işğaldan azad edilmiş ərazilərimizin yaşıl enerji zonasına çevrilməsi istiqamətində işlərin aparıldığı bildirilib.

Panel çərçivəsində neft və qaz kimi karbohidrogen mənşəli enerji daşıyıcılarının ekologiyaya təsirinin məhdudlaşdırılması üzrə həllər, karbon qazı emissiyasının ətraf mühitə mənfi təsirinin azaldılması texnologiyalarına sərmayə qoyuluşu, bərpa olunan enerji mənbələrinə qoyulan sərmayələr və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Əbdül Əziz bin Salman Əl-Səud, investisiya naziri Xalid Əl Falih, OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əl Xəlifə, “Acwa Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrick Pouyanne, “Air Products” şirkətinin icraçı vitse-prezidenti Samir Serhan ilə görüşlər keçirilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Nazir tədbir zamanı “Bloomberg”, “Arab News”, “Kawa News” və s. kimi beynəlxalq media nümayəndələrinə müsahibələr verib.

Tags: inaqurasiyaPərviz ŞahbazovSəudiyyə Ərəbistan

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.