Çərşənbə axşamı, Fevral 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Pərviz Şahbazov: “Qarabağ və Şərqi Zəngəzurda enerji təsərrüfatının qurulması intensiv davam edir”

20/10/2021
Pərviz Şahbazov: “Qarabağ və Şərqi Zəngəzurda enerji təsərrüfatının qurulması intensiv davam edir”
1
BAXIŞ
Share on FacebookShare on Twitter

“İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə ilk günlərdən xüsusi əhəmiyyət verilir”.

“Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, qələbədən dərhal sonra 2020-ci ilin noyabrında yaradılmış Əlaqələndirmə Qərargahı və onun nəzdindəki İdarələrarası Mərkəzin işçi qruplarından biri məhz enerji təminatı məsələləri üzrə fəaliyyət göstərməkdədir: “Bu ilin sonuna qədər bütün bölgənin elektrik enerjisi ilə tam təmin edilməsi əsas hədəf kimi müəyyənləşdirilib. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20 MVt gücündə dörd su elektrik stansiyasından üçü artıq istismara verilib. 8 MVt gücə malik “Güləbird”, ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik SES-dən başqa, hazırda dağıdılmış vəziyyətdə olan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində də müvafiq qurumlarla birgə araşdırmalar aparılır”.

Nazir bildirib ki, 110 kV-luq elektrik şəbəkənin qurulması ilə əlaqədar işlər isə ümumilikdə, 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq xətlərin tikintisini əhatə edir: “Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq 5 yarımstansiya artıq istismara verilib, həmçinin bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib. Xüsusilə Kəlbəcərdəki mürəkkəb relyef və hava şəraitində cəmi altı ay ərzində yüksək peşəkarlıq və ağır zəhmət hesabına belə bir yarımstansiyanın ərsəyə gəlməsi Azərbaycanın müasir energetika tarixinin əlamətdar hadisələrindəndir. 110/35/10 kV-luq “Qubadlı”, “Zəngilan” “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi və Daşkəsən yarımstansiyasının yenidənqurulması ilin sonuna qədər başa çatdırılacaqdır, bu yarımstansiyaları ölkənin enerji sistemi ilə əlaqələndirən xətlərin çəkilişi isə davam edir. Laçın rayonunun Qoşasu kəndi ərazisində isə yarımstansiyanın və əlaqələndirici xətlərin layihələndirilməsi işləri görülür”.

P. Şahbazov qeyd edib ki, paylayıcı şəbəkənin qurulması çərçivəsində Şuşa şəhərində 35/10 kV-luq 4 MVA gücündə “Daşaltı” yarımstansiyası tikilərək istismara verilib: “Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında isə 35/10 kV-luq yarımstansiyalarda bərpa işləri aparılıb. Hazırda Şuşa şəhərində 6 ədəd 35/0,4 kV-luq, Hadrut qəsəbəsində bir ədəd 35/10 kV-luq yarımstansiyaların tikintisi davam etdirilir. Suqovuşan qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün 35 kV-luq xətt çəkilib və 35/10 kV-luq “Suqovuşan” yarımstansiyası inşa edilərək istismara verilib”.

Energetika naziri vurğulayıb ki, ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 300 km-ə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb: “Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir. Dövlət başçısının ifadə etdiyi kimi, cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir”.

Tags: Pərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.