Bazar, Mart 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Hasilat Sənayesində Şəffaflıq” portalının təqdimat mərasimi keçirilib – FOTO

19/10/2021
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Dövlət Statistika Komitəsində (DSK) “Hasilat Sənayesində Şəffaflıq” Portalının təqdimat mərasimi keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Komitənin sədri Tahir Budaqov, energetika naziri Pərviz Şahbazov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov çıxış ediblər.

Qeyd olunub ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmaqla Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləyib, 2003-cü ildə “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə qoşulub, 2005-ci ildə dünyada ilk dəfə şəffaflıq təşəbbüsü üzrə hesabatı açıqlayıb. Hasilat sənayesində şəffaflığın təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilib, Azərbaycan BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb.

Bununla yanaşı vurğulanıb ki, son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır. Bununla əlaqədar “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 28 iyul 2020-ci il tarixli fərmanı ilə hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığı və bu sahədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, ölkədə hasilat sənayesində şəffaflıq üzrə hesabatların davamlı toplanmasını və toplanmış hesabatlar əsasında statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etmək DSK-ya həvalə edilib.

Daha sonra Komitə sədrinin müavini Yusif Yusifov hasilat sənayesində şəffaflıq üzrə hesabatların toplanması və ictimaiyyətə açıqlanmasını təmin etmək məqsədilə həyata keçirilmiş tədbirlər barədə iştirakçılara məlumat verib. O, bildirib ki, ilkin mərhələdə hasilat sənayesində şəffaflıq üzrə statistik göstəricilər sistemi hazırlanıb, Komitə onu aidiyyəti qurumlarla razılaşdıraraq təsdiq edib, növbəti mərhələdə isə aidiyyəti dövlət orqanlarından və hasilat sənayesi ilə məşğul olan müəssisələrdən göstəricilər sistemi əsasında məlumatlar toplanıb. Toplanmış məlumatların müasir texnoloji vasitələrlə istifadəçilərə çatdırılması məqsədilə “Hasilat Sənayesində Şəffaflıq” Portalı hazırlanıb. Portal hasilat sənayesi sahəsində statistik məlumatların ictimaiyyətə, o cümlədən dövlət qurumlarına, özəl sektor, elm və təhsil müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə, regional və beynəlxalq təşkilatlara çatdırılması üçün əlverişli informasiya mühiti yaratmaqla virtual körpü rulunu oynayacaq.

DSK-nın sənaye və tikinti statistikası şöbəsinin müdiri Elman Qasımzadə Portalın təqdimatını həyata keçirib.

Tags: təqdimat“Hasilat Sənayesində Şəffaflıq” portalı

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan

Süleyman Qasımov: “SOCAR daima dövlətin maraqlarını qoruyub”

19/10/2021
Azərbaycan

Pərviz Şahbazov: “Hasilat sənayesində şəffaflıq böyük əhəmiyyətə malikdir”

19/10/2021
Azərbaycan

Tahir Budaqov: “Azərbaycan hasilat sənayesində şəffaflıq səylərini daima dəstəkləyir”

19/10/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.